Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə40/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
41 
uzaqlaşırlar, ehtiras və cinayətkarlıq artır, hər kəs ehtirasını 
ödəməkdə başqasını ötməyə çalışır. Mülayim iqlimli ölkələrdə 
yaşayan xalqlar arasında siz öz davranışlarında sabit insanlara az 
rast gələ bilərsiniz. Həddən ziyadə isti olan ərazilərdə isə bədən 
gücdən düşür. Onda bədənin boşalması ruha da təsir göstərir: belə 
insan hər şeyə etinasız olur, həvəs göstərmir, heç bir xeyirxahlıq 
göstərməyə də çalışmır, tənbəllik xoşbəxtliyə çevrilir və ruhu işə 
cəlb etməkdənsə oturub cəza çəkməyi daha üstün sayırlar, qulluq 
etmək, “qul” olmaq ağılı işlətməkdən, özünü idarə etməkdən, 
özünə sahib olmaqdan daha asan olur”. Coğrafi determinizmin 
tərəfadrlarından biri XIXəsrin ikinci yarısında yaşamış olan ingilis 
sosioloqu D.Dreper olmuşdur. Dreper ictimai həyatın bütün 
hadisələrini o cümlədən milli xüsusiyyətləri, iqlim şəraitindən asılı 
olan, onunla şərtlənən fizioloji səbəblərdə görürdü. O, yazırdı 
“Məgər ucsuz-bucaqsız çöllər, o yerlərdə öz çadırlarını quran 
köçəri xalqların əxlaqına, adətinə; bərəkətli otlaq sahələri, geniş 
çəmənliklər, çoban həyatına təsir göstərmirmi, insanları müdafiə 
edən sıldırm qayalar-cəsarətə, dəniz- təşəbbüskarlığa, zirəkliyə” 
təsir göstərmirmi? Dreperin konsepsiyasına görə, hər bir millətin 
taleyi, onun yaşadığı iqlimlə müəyyən edilir. Elə bu səbədən də yer 
kürəsində müxtəlif tayfalar, millətlər sakinlik edir. Məhz, “iqlim 
şəraiti, avstraliyalını vəhşi, zəncini isə hərf və həndəsə qabiliyyətini 
əlindən alır, dini baxımdan kahinlikdən o yana keçmir. O, tatarı 
südü sevməyə, amerikanlını isə ondan iyrənməyə məcbur edir. 
Alçaqboylu avropalıları misaxtaran və metallurq edir”. Dreperə 
görə meteroloji şərait daha çox “qida instinktinə” millətin adət və 
ənənəsinə, mənəviyyatına təsir göstərir; alkoqolizmə instinktiv 
meyllilik məlum coğrafi en dairəsi ilə şərtlənir. 
Bu məsələdə Q.Qaçevin fikirləri də maraqlıdır. Onun “Dünya 
xalqlarının mentallığı” (2003) adlı əsərində qida, içkinin xalqların 
məişətindəki rolu ilə “İçkilərin Yer kürəsində paylanmasının və 
istifadə olunmasının öz məntiqi var. Xalqın psixoloji 
xüsusiyyətlərini həm də onun istifadə etdiyi içkilərə görə müəyən 
etmək olar. İslam ölkələrində alkoqllu içkilərin qadağan olunması 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin