ETNOPSİXOLOGİYA 42
heç də təsadüfi deyildir. Araq, viski, ümumiyyətlə spirtli içkilər
nədir? Bunlar- odlu sulardır. İslam ölkətrərinin əskəriyyəti
subtropik, tropik və ekvtorial qurşaqda yerləşir. Günəş şüalarının
istiliyi o qədər yüksək olduğu üçün, insanın əlavə istilik almasına
ehtiyac duyulmur. Donuz ətinin də islamda və iudaizmdə haram
buyurulmasının da dərin mənası var. Əksinə, şimal en dairəsində
yerləşən ölkələrin xalqları fəsillərin dəyişməsindən asılı olaraq,
soyuq və quru havaya dözmələri üçün əlavə “odlu su” ya ehtiyac
duyular. Hətta, mən şimal dərəcə ilə alkoqolun dərəcəsi arasında
bir uyğunluğun da olduğunu qeyd etmişəm. Aralıq dənizi
ölkələrində (yunanlar, italyanlar..) 8-10 dərəcəli alkoqoldan, bir
qədər şimalda yaşayanlar; ispanlar, fransızlar nisbətən tünd, 12-18
dərəcəli içkilər olan: mader, xeres, şampan, portveyndən, daha çox
şimal xalqları olan almanlar, ingilislər, polyaklar, ruslar isə
tündlüyü 40-60 civarında olan içkilərdən istifadə edirlər. Məhz
onların içkilərinin tühdlük dərəcələri (40-60) ilə onların yaşadığı
şimal enlik dərəcəsi bir-birinə uyğun gəlir. Elə insanları əlavə
enerji ilə təmin edən və özünün ağır və güclü olması ilə digər ət
növündən fərqlənən donuz əti bu ölkələrdə daha çox əzəiz və
sevimli qida məhsuludur. Bir qədər də şimalda, qütb dairəsinin
sakinləri isə 96% təmiz spirt içirlər”. Q.Qaçevinyazdığına görə rus
xalqının alkoqola meyilli olması sadəcə olaraq həmin xalqın milli
kosmosu (milli kosmo-psixo-loqos konsepsiyasına görə, loqos-ağıl;
psixeya- ruh; kosmos-bədən kimi götürülür və üçü vəhdətdə hər bir
xalqın xarakterini müəyyyən edir) ilə əlaqədardır. Burada, Şimali
Avrasiya məkanında yaşayanlar, oda-istiliyə olan tələbatlarını
ödəmək üçün əlavə odlu su- spirt qəbul etməlidirlər ki,
melanxoliyadan, qəmginlikdən uzaq ola bilsinlər. Belə qənatə
gəlmək olur ki, Günəş enerjisi, azlığı odlu sudan alınan süni enerji
ilə əvəz olunur. (Гачев Г. 2003, 544с.) Xalqın və millətin
psixologiyası ilə onların öz aralarında və başqaları ilə necə
salamlaşmasında və bu zaman bir-birinə dilədikləri arzu ilə də
müəyyən etmək olar. məsələn, ruslar görüşəndə adətən bir-birinə
“Здравствуйте!” deyirlər. Bu da o deməkdir ki, mən sizə can