Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə38/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
39 
fundamentinin xüsusiyyətlərinin formalaşmasında təbii-ekoloji 
aspekt mühüm rol oynayır. Etnopsixoloji məslələrin tədqiqinə bu 
cür yanaşma coğrafi determinizm adlanır. Coğrafi determinism 
prinsipinə görə etnosun, xalqın və yaxud millətin bu və ya digər 
psixoloji xüsusiyyəti, onun yaşadığı təbii şəraitlə şətlənir. Bu 
mənada etnos və xalqların xarakterindəki mülayimlik, aqressivlik, 
dalaşqanlıq, soyuqanlıq, tənbəllik və işgüzarlıq həm də həmin 
xalqın yaşadığı ərazinin təbiəti və iqlimi ilə əlaqədardır. Təbii 
mühit analyışı geniş mənada başa düşülür və buraya yerin relyefi, 
landşaftı, iqlimi, atmosfer təzyiqi, atmosferin kimyəvi tərkibi, hava, 
su, həmin ərazinin florası və faunası, havanın çirklənmə dərəcəsi, 
dağlar, meşələr, çaylar, dənizlər, günəş aktivliyi, yerin maqnit 
sahəsinin fəallıq dərəcəsi və s. daxil edilir. 
Heç şübhəsiz, təbii-ekoloji aspekti xalqın xarakterinin, psixi 
xüsusiyyətinin formalaşmasında həlledici və müəyyənedici 
funksiya daşıması qənaətinə gəlmək düzgün olmazdı, amma, onun 
rolunu, təsirini nəzərə almamaq da düzgün deyil. Rusların 
xarakterindəki, qapalılıq, gizli qalmaq, özünü göstərməmək meşə 
fenomeni ilə bağlı olan etnik xüsusiyyərtdir. Bu gün də siyasi 
müstəvidə edilən hərəkətlər, kənar müşahidəçiyə belə qənaətə 
gəlmək əsası verir ki, ruslar hər hansı bir hərəkəti etdikdən sonra 
özlərini elə aparırlar ki, elə bil onları heç kim görmür, sanki onlar 
da özlərini meşədə hiss edirlər. 
Hələ Qədim Yunanıstanda ətraf mühitin psixoloji 
xüsusiyyətlərin formalaşmasına təsiri haqqında antik dövrün 
mütəfəkkirlərin əsərlərində rast gəlirik. Məsələn, Herodot (480-
425) xalqların fərqli xüsusiyyətlərə malik olmasını onların 
yaşadıqları təbii mühiti ilə əlaqələndirmişdir. Məsələn, “Tarix” 
əsərində misirliləri ellinlərlə (özünün aid olduğu etnos) müqayisə 
etmiş və göstərmişdir ki, onların göyü, çayları fərqli olduğu kimi, 
adət-ənənələri də başqa xalqlarla ziddiyyət təşkil edir. Herodot öz 
əsərində “varvar” sözünü işlətmişdir. Lakin, varvar sözü orada
başqa, yad, özgə mənasında, yəni ellinlərdən fərqli olan mənasında 
işlədilmişdir. Herodotun ən yaxşı etnoqrafik əsəri skiflərin həyat 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin