ETNOPSİXOLOGİYA 37
əsərlərində bədii, tarixi-etnoqrafik və fəlsəfi aspektdən araşdırıl-
mışdır.
Müstəqillik əldə etdikdən sonra respublikamızda etno-
psixoloji problemlər psixologiya sahəsində aparılan tədqiqatların
prioritet istiqamətlərindən birinə çevrilmişdir.
1.6. Təbii mühit etnosun yaranmasının və fəaliyyətinin mühüm şərti kimi Etnik xüsusiyyətlərin formalaşması, həm də cəmiyyətin bir
system kimi mühitlə əlaqə formalarından asılıdır. Hər hansı
sistemin mövcudluq üsulu mühitdə baş vermiş dəyişiklikləri
özündə əks etdirməklə dəyişir. Dünyada yaşayan etnos və xalqların
müxtəlif psixoloji xüsusiyyətlərə malik olmasının ən başlıca səbəbi
ondadır ki, təbii təkamül Yer kürəsini müxtəlif zonalarında
müxtəlif istiqamətlərdə baş vermişdir. Bu isə fərqli psixoloji
xüsusiyyətlərin, müxtəlif təfəkkür tiplərinin formalaşmasına səbəb
olmuşdur. Təbii mühit etnosun yaranmasının və fəaliyyətinin mühüm
şərtidir. Etnosun təşəkkül prosesi təbii şəraitin bilavasitə təsiri
altında baş verir. Bu təsir özünü əmək alətlərində, məişət pred-
metlərində, xalqların adlarında, adət və ənənlərində, folklor nümu-
nələrində göstərir. Təbii mühit geyimin və mənzilin xüsusiy-
yətlərini müəyyənləşdirir, bu və ya digər məhsulların istehsalını
şərtləndirir.
XVIII əsrin ikinci yarısına kimi rusların həyatı meşə ilə bağlı
olduğu üçün meşə fenomeni özlüyündə bu xalqın mənəvi
mədəniyyətində, psixoloji portretində dərin iz buraxmışdır. Meşə
rus xalqı üçün təsərrüfat və siyasi əhəmiyyətə malik olmaqla
yanaşı, bir çox əxlaqi dəyərləri müəyyənləşdirmişdir. Ağac,
evlərin tikilməsini və qızdırılmasını mümkün etmiş, qab-qacağın və
məişət əşyalarının hazırlanması üçün xammal olmuşdur. Meşə
orada yaşayan xalqı ərzaqla təmin etmiş və onu xarici hücumlardan
qorunmaq üçün ən etibarlı sığınacaq rolunu oynamışdır.
Ümumiyyətlə, xalqın müəyyən coğrafi əraziyə uzun əsirlik bağlılığı