ETNOPSİXOLOGİYA 34
orada yaşayan xalqların həyatına, məişətinə, mədəniyyətinə bir
sözlə xalqların xarakterinə maraqla birləşir.
XI əsrdən etibarən etnopsixoloji ideyalara fəlsəfə və bədii
ədəbiyyat əsərlərində rast gəlinir. Bəhmənyar, Nəsirəddin Tusi,
Nizami Gəncəvi, İmaddədin Nəsimi, M.Ə.Sabir, Ü.Hacıbəyov,
M.F.Axundov, A.Bakıxanov, səyyahlardan Z.Şirvani və b.əsər-
lərində etnopsixoloji qeydlərə rast gəlinir.
Azərbaycan haqqında, onun ərazisində yaşayan xalqlar
haqqında etnopsixoloji və etnoqrafik məlumatlara həmin dövrlərdə
ölkəmizə səyahət edən səyyahlar, elçilər, tarixçilər və başqalarının
əsərlərində rast gəlinir. Həmin yazılarda ölkənin tarixi, coğrafiyası,
təbiəti, yerüstü və yeraltı sərvətləri, eləcə də xalqların adət-ənənəsi,
yaşayış tərzi, xarakteri haqqında məlumat verilir. Onlardan yunan
coğrafiyaçı və tarixçisiStrabonun (e.ə. 64- b.e.24) “Coğrafiya”
əsərini misal göstərmək olar. Strabon yazır: Orada adamlar gö-
zəlliyi və hündr boyu ilə seçilirlər, eyni zamanda onlar ürəyiaçıq-
dırlar, xırdaçı deyillər. Albanlar qocalığa, nəinki valideynlərinə,
həm də yad (qoca) adamlara həddindən artıq hörmət edirlər.
Mərhumun dərdini çəkmək və hətta onu yada salmaq şərəfsizlik
sayılır. Mərhumla birlikdə onun bütün əmlakını basdırırlar və buna
görə də ata malından mərhum olub, kasıb yaşayırlar. Antik dövr
Qafqaz Albaniyası və onun xalqları haqqında II əsrin tanınmış
coğrafiyaçı və astronomu Klavdi Ptolomeyin (70-147) “Coğrafiya”
dərsliyində də məlumat verilir.
XVI əsrdə ingilis səyyahı Antoni Cenkinsonun Azərbaycana
səfəri və Şamaxı şəhəri və yerli xalqın həyatından bəhs edən
“Gündəliyindəki” qeydləri diqqəti cəlb edir. Şamaxı hakiminin
qonağı olan Antoni Cenkinson yerli xalqın yüksək mədəniy-
yətindən heyran olduğunu qeyd edir və onun şərəfinə verilən
ziyafət masasını belə təsvir edir: nahar vaxtı gəlb çatdıqda
döşəməyə süfrələr salındı və müxtəlif yeməklər gətirildi; yeməklər
çeşidinə görə sıra ilə düzülmüşdü. Mən apardığım sayıma görə 140
növ yemək verilmişdir.Onları süfrələr ilə birlikdə, yığışdırdıqdan
sonra yeni süfrələr salıb meyvələrdən və başqa qonaqlıq