Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə31/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
32 
başa düşülür. 
ABŞ-da xalqların etnopsixoloji xüsusiyyətlərini etnik 
psixologiya deyil, mədəni psixoloj antropologiya öyrənir. ABŞ 
etnopsixologiyasının banis F.Boas (1858-1942) olmuşdur. O, 
V.Vundtun şagirdi olmuş, onun ideyalarını Amerikaya gətirmiş və 
ətrafına çoxlu tədqiqatçılar cəlb edə bilmişdir. Onlardan R. 
Benedikt, M.Mid, A. Kardiner, R.Linton və b. göstərmək olar. 
ABŞ-da etnopsixologiya etnologiyanın psixoloji istiqaməti hesab 
olunur və müasir dövrdə mədəni psixoloji antropologiya adı ilə 
təqdim olunur. Amerikan etnopsixoloqları öz tədqiqatlarında 
Z.Freyd, K.Yunq, E.Fromm, K.Xorni və A.Maslounun psixoloji 
konsepsiyalarına istinad edirdilər. Müasir Amerikan etnopsixo-
logiyasının kökündə “Mədəniyyət və şəxsiyyət ” konsepsiyası 
dayanmışdır. Bu konsepsiyanın özü isə F.Boasın mədəni 
determinizm (insan xarakteri tərbiənin məhsuludur) və neofreydizm 
cərəyanlarının yəni, mədəni antropologiya ilə psixologiyanın 
vəhdəti əsasında yaranmışdır və hər iki sahəni özündə birləşdirir. 
Yeni konsepsiya ilə bağlı 1932-ci ildə R.Benediktin (1887-1948) 
“Mədəniyyətin konfiqurasiyası” adlı ilk məqaləsi çap olunmuşdur. 
ABŞ-da yaranan yeni nəzəri-metodoloji istiqamətə A.Kardiner 
rəhbərlik etmişdir. Mədəniyyət və şəxsiyyət konsepsiyasının əsas 
müddəası belə idi ki, hər bir xalq, millət və etnos üçün “əsas 
xarakter qurluşu” var və o nəsildən-nəsilə ötürülərək onun tarixini 
müəyyən edir. Sonradan “şəxsiyyətin əsas strukturu” anlayışı 
“modal şəxsiyyət” anlayışı ilə əvəz olundu. 
Amerikan psixoloji antropologiyası əsasən biheviorizm nəzə-
riyyəsinə istinad edir və bu konsepsiya əsasında inkişaf etmişdir. 
Müxtəlif xalqların həyatına və tarixinə, eləcə də onların sosial 
həyatının müxtəlif cəhətləri Şərq ölkələri alimlərinin də diqqət 
mərkəzində olmuşdur. Məsələn, orta əsrlərin böyük səyyahı İbn 
Battuta (1304-1369) “Rihlet-ü İbn Battuta” adlı topluda Afrika 
xalqlarından bəhs etmişdir.
İslam tarixçisi İmam əl-Buxari (hicri tarixi ilə 194-256) “Əl-
Cami əs-Səhih” əsərində ərəb tayfaları (müşrklər, qureyşilər və b.) 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin