Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə39/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
40 
tərzi ilə bağlı olmuşdur. Qədim yunan filosofu və həkimi Hippokrat 
da ətraf mühiti, coğrafi iqlimi, eləcə də qidanı xalqların fərqli 
psixoloji xüsusiyyətlərə malik olmasının səbəbi kimi göstərmişdir. 
O, “hava, su və yer haqqında” adlı əsərində müxtəlif xalqların fiziki 
və psixoloji xüsusiyyətlərindəki fərqilərin səbəbini coğrafi 
vəziyyətlə və iqlim şəraiti ilə əlaqələndirmişdir. Hippokrat yazır: 
“Asiya Avropadan həm torpaqdan alınan məhsulların təbiətinə 
görə, həm də insanların təbiətinə görə fərqlənirlər. Asiyada 
doğulanlar daha gözəl olurlar. Bu diyarın özü yumşaqdır, adamları 
isə qonaqpərvər və sakitdirlər. Bunun səbəbi isə ilin fəsillərinin 
mülayimliyindədir. Avropa xalqları bir-birindən həm xarici 
görkəmlərinə görə, həm də cəsarətlərinə görə fərqlənirlər. Diyarın 
dağ hissəsində məskunlaşanlar həm əməksevər, həm də cürətli 
olurlar. Amma bu sözləri vadilərdə, mülayim qurşaqlarda 
məskunlaşanlar haqqında demək mümkün deyildiur. İqlimin 
mülayimliyi xarakterin mülayimliyində əks olunur”. İnsanların 
forması və əxlaqı ölkənin təbiətini əks etdirir” fikri bu əsərin əsas 
ideyasını əks etdiri. Cənub və şimal iqliminin insan orqanizminə və 
psixikaya təsiri etməsi haqqında fikirlərə Demokritin əsərlərində də 
rast gəlinir. Xalqların psixoloji müşahidə predmeti kimi 
öyrənilməsi məsələsi XVI əsrdə fransız filosofu J.Bodenin 
əsərlərində öz əksini tapmışdır. XVIII əsrdə isə bu yönümlü 
tədqiqat digər fransız filosofu, Şarl Monteskyö (1689-1755) 
tərəfindən aparılmişdir. Ş.Monteskyö etnopsixologiyada coğrafi 
determinizmin nümayəndəsidir. Bu istiqamətin tərəfdarları hesab 
edirdilər ki, iqlimlə, təbii mühitlə insan ağlı, xarakteri və digər 
xüsisiyyətləri arasında sıx əlaqə var. Şarl Monteskyö görə 
“insanları çox şey; iqlim, din, qanunlar, idarəetmə üsulları, 
keçmişin ibrət dərsləri, əxlaq, adətlər tərəfindən idarə olunduğu 
üçün nəticədə xalqın ümumi ruhu əmələ gəlir.”Bu amillər 
sırasından Ş.Monteskyö iqlimi ön plana çıxarır: “İqlimin 
hakimiyyəti, başqa amillərin hakimiyyətindən daha güclüdür.” 
İqlimin dəyişməsi ilə milli xarakterin dəyişilməsi fikrini irəli sürən 
Ş.Monteskyö yazır: “Cənuba getdikcə insanlar qanundan 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin