Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə47/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
48 
olduğu qrupla əlaqəsini zəiflədir, aidlik hissini yox edir. Bəs onda 
öz uşaqlarını “sevməyən” munduqumorlar necə olur? R.Roner 
məhz belə etnoloji faktlara əsaslanaraq yeni bir konsepsiyasını irəli 
sürdü (valideyn rəğbəti və imtinası konsepsiyası). O, valideyn 
münasibətini üç yerə ayırd etmişdir. 
1) nəvazişli münasibət
2) acıqlı və ya aqressiv münasibət
3) laqeyd münasibət.
Ronerə görə bütün valideynlər öz uşaqlarını sevirlər. 
Valideyn münasibətini əslində həmin mədəniyyət çərçivəsində 
relyativist yanaşma əsasında qiymətləndirsək, onu başa düşə 
bilərik. Məsələn, Koreyada uşağa ciddi valideyn nəzarəti, heç də 
uşağa qarşı sərt və amansız münasibətlə bağlı deyil. Koreya 
mədəniyyəti üçün bu əslində valideyn qağıkeşliyi kimi qəbul 
olunur. Almaniyada isə bu cür yanaşma uşaq üzərində işgəncə, 
valideyn zorakılığı kimi səciyyələndirilir.
Uşaqların yaşlılar dünyasına qoşulması hər bir mədəniyyətdə 
fərqli şəkildə baş verir. Bu proses etnopsixologiyada initsiasiya 
termini ilə ifadə olunur. İnitsiasiya üç mərhələdən ibarət olan 
etnopsixiloji hadisədir. 
- uşaq statusundan ayrılma 
- yaşlılığa hazırlıq mərhələsi 
- yaşlılar dünyasına qəbul olunma 
Məsələn, yəhudi mədəniyyətində uşaqlıq dövründən yaşlılıq 
mərhələsinə keçid Tövrat qanunları ilə tənzimlənir. Belə ki, hər bir 
yəhudi gənci dini-sosial məzmun kəsb edən ritualdan keçməklə 
özünün uşaqqlıq dövrünün başa çatmasını rəsmi qayda da təsdiq 
edirlər. Yəhudi adətinə görə uşaqlıq illərinin başa çatması 
oğlanlarda 13 yaşda, qızlarda isə 12 yaşda qeyd olunur.
Uşaqlığın etnoqrafiyası sahəsində 
ən fundamental 
tədqiqatlardan biri 1937 ildə ABŞ da başlamış olan “İnsani 
münasibətlərin regional kartotekası” (HRAF-Human Relations 
Area Files) lahiyəsidir. Dünya xalqlarını həyatının müxtəlif 
tərəfləri, o cümlədən uşaqların sosializasiyası ilə bağlı olan olan 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin