Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə50/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
52 
II FƏSİL 
ETNİK-MİLLİ XASSƏLƏR 
2.1. Etnik özünüdərk və etnik identikliyin 
xüsusiyyətləri 
Hər bir xalq, etnos özünü düzgün dərk edib qiymətləndirmək 
və inkişaf etmək üçün özünün psixoloji keçmişinə dərindən bələd 
olmalıdır. Yəni etnos və ya xalq kim olduğunu, hansı mənəvi-
psixoloji keyfiyyətlərə , adət-ənənələrə, stereotip və yönümlərə 
malik olduğunu, necə tərəqqi etdiyini, tarix boyu nə kimi psixoloji 
dəyişikliklərə məruz qaldığını yaxşı bilməlidir. Bu isə xalqın etnik-
psixoloji xüsusiyyətlərini tarixi planda araşdırmadan, onu ətraflı 
öyrənmədən mümkün deyildir. Odur ki, xalqın etnik-psixoloji 
xüsusiyyətlərinin kökünü araşdırmaq üçün həmin xalqın 
etnogenezinə, xüsusən də etnik-psixoloji tarixinə, orada baş verən 
etnik proseslərə xüsusi diqqət yetirilməlidir. Xalqa məxsus etnik-
psixoloji xüsusiyyətlərin məcmusu, ilk növbədə həmin xalqın 
folklor və bədii ədəbiyyatında öz əksini tapır. Yazılı və şifahi 
ədəbiyyatın psixoloji təhlili xalqın etnik-psixoloji xüsusiyyətlərini 
təşəkkül prosesini izləməyə imkan verir. Keçmişi bilmək-
müasirliyin əlaməti hesab olunur.
Etnik psixoloji xüsusiyyətlər içərisində, ilk növbədə diqqəti 
cəlb edən etnosun özünüdərketməsi və etnik şüur səviyyəsidir. 
Yəni etnik özünüdərketmə və etnik mənsubiyyətin anlamı etnik 
əlamətlər sırasında başlıca yeri tutur. Etnosun, xalqın formalaşması 
sosial-psixoloji mexanizm etibarı ilə “biz” və “onlar” münasibət-
lərinin dərk edilməsi və qiymətləndirilməsi səviyyəsində cərəyan 
edir. Burada xalqın və ya millətin özü haqqında biliyi, şüur 
səviyyəsini isə özü ilə bərabər daha çox başqaları-yəni digər etnos 
haqqında bilik kimi xarakterizə edilir. Deməli, etnik özünü-
dərketmə əsasən öz birliyi haqqında, etnik şüur isə həm də başqa 
birliklər haqqında olan bilikdir.
Etnik özünüdərketmə etnos üzvlərini öz etnik birliklərinin 
davranış və rəftarı, münasibətlər sistemi, xarakteri, mənəvi keyfiy-
yətləri, nailiyyət və nöqsanları haqqında təsəvvür və mülahizələrlə 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin