ETNOPSİXOLOGİYA 44
da. Demək olar ki, rus xalqı, öz torpağının ucsuz-bucaqsız olması,
öz təbii qeyri-mütəşəkilliyinin qurbanı olmuşdur.” Təbiətin zəngin-
lik dərəcəsi, həmin ərazidə yaşayan xalqların xarakterinə də özünə-
məxsus tərzdə təsir göstərir. Məsələn, Yeni Qvineyanın dərinlik-
lərində yaşayan xalqlar, yalnız təbii tələbatlarını ödəməkdən ötrü
çalışırlar. Onlar lazımi qədər qida əldə edir və sabah üçün ehtiyat
ərzaq əldə etmək haqqında düşünmürlər. Belə bir xüsusiyyət
səxavətli təbii şəraitin olması ilə izah edilə bilər. Həddən-ziyadə
səxavətli, zəngin təbiət insanı bir növ özündən asılı vəziyyətə salır.
Belə mühitdə təbii tələbatların asanlıqla ödənilməsi, insana sabah
üçün fikirləşməyə sövq etmir, onu tənbəlləşdirir. Əksinə daha
kəskin və kasıb təbiətli, yerüstü və yeraltı sərvəti az olan xaqlqlar
isə öz gələcəyi haqqında daha çox fikirləşməli olduqları üçün,
daima axtarışda olur və zəhmətkeş olmaları ilə fərqlənirlər.
Coğrafi determinizm konsepsiyası coğrafi mühitin, ölkə
əhalisinin xarakterində oynadığı rola xüsusi əhəmiyyət verir. Onlar,
təbii şəraiti bir növ səhnə kimi təsvir edirlər və mühiti aktyorların
oynayacığı tamaşnaın müəllifi hesab edirlər. Relyef, iqlim, dəniz,
meşə qədim insanların Tale- adlandırdıqları məna daşıyır. Təbii
mühit etnik təfəkkürün, xarakterin, anatomik fiziolojo xüsusiy-
yətlərin formalaşmasına və təkamülünə təsir göstərməsi heç kimdə
şübhə doğurmur. Lakin, bu fakt xalqların intellektual inkişafına
görə mədəni və geridə qalmış olanlara ayırmağa imkan vermir.
Əgər ingilislərin bütün Yeni dövr ərzində bəşər tarixinin
inkişafında əhəmiyyətli, bəlkə də həlledici rol oynaması bu xalqın
yüksək təfəkkürə malik olmasını təsdiq edirsə, onda onların qədim
dövrdəki passiv mövqeyini necə izah etmək olar? Qədim dünyanın
ən qüdrətli dövlətlərindən biri olan Hindistanın uzun müddət
müsəmləkə halında qalmasının əsl səbəbi nə idi? Bu suallar başqa
bir faktı təsdiq edir: hər bir dövr müəyyən bir xalqı və ya xalqlar
qrupunu tarixin aparıcı qüvvəsinə çevirir, etnosun təfəkkür üsulu
ilə dövrün təfəkkür üsulu qovuşur. İrsi olaraq verilmiş təfəkkür
mexanizmləri mövcud problemlərin həlli üçün daha qabil olurlar
(A.Əsədov).