Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə42/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
43 
sağlığı arzulayıram. İtalyan isə belə salamlayır: “Come sta?” “necə 
qalxırsan?”, alman isə “Wie geht’s?” “Necə gedir?”. Yəhudi deyir: 
“Şalom”, yəni sizə sülh arzu edir, ingilis və yaxud amerikanlı isə 
“How do you do?” deyir yəni, “necə edirsiniz?” artıq sadə 
salamlaşma prosesinə əsasən hər bir xalq üçün həyin vacib olması, 
onun dəyərlər sistemində nəyin əsas olduğunu, təfəkkür tərzini 
görmək olaur. Hər bir xalq öz salamında onun üçün nəyin əsas 
olduğunu səsləndirir və başqasında həmin cəhətləri yoxlayır və 
həmin dəyərlərlə bağlı xoşbəxtliklər arzulayır. Göründüyü kimi 
ruslar üçün sağlamlıq; yəhudilər üçün sülh; ingilislər, amerikanlar 
üçün iş, əmək; italyanlar üçün isə stabillik, almanlar və fransızlar 
üçün isə hərəkət, dinamika əsasdır. Beləliklə, insanlar hər gün adi 
danışıq dilində, özləri də bilmədən, kollektiv şüurun təsirinə məruz 
qalaraq yerli dəyərdən istifadə edirlər. Azərbaycanlılar 
salamlaşdıqda adətən, əvvəlcə evi, ailəni sonra isə işi soruşurlar. Bu 
ailə arxetipi ilə bağlıdır və azərbaycanlıların daha çox ailəyə bağlı 
olduğunu biruzə verir. Qeorqi Qaçev milli xüsusiyyəti, etnik 
xarakteri üç amillə şərtləndiyini göstərir: bədən, ürək, ruh. O, 
xalqın, millətin yaşadığı torpağı, ümumiyyətlə təbiəti-bədəni-
Kosmos; ruhu, xarakteri-Psixeya; ağılı, təfəkkür tərzini isə Loqos 
məfhumları ilə ifadə etmişdir. Q.Qaçev hər bir etnosu Kosmos-
Psixeya-Loqos üçlüyü əsasında izah edirdi. Xalq üçün nə vacibdir 
və onun mədəniyyəti nəyi vacib hesab edir? Məkanı, yeri, torpağı 
yoxsa vaxtı, zamanı? Germanlar üçün vaxt daha əzizdir .
İnsanın psixi xüsusiyyətlərinin təbiətdən asılı olması rus 
filosofu, N.Berdyayaevin əsərlərində də öz əksinin tapmışdır. 
Bununla bağlı o, rus xarakterini coğrafi faktlara, rus təbiətinin 
xüsusiyyətlərinə, iqlimə, landşafta, insanın torpaq üzərində yox, 
torpağın insan üzərində hakim olduğu Rusiyanın yerləşdiyi geniş 
məkanla izah edirdi. “rus qəlbinin mənzərəsi, rus torpağının mən-
zərəsinə uyğun gəlir, ucsuz-bucaqsızlığı, biçimsizlik, yayğınlıq, 
sonsuzluğa doğru can atmaq, genişqəlblilik. Qərbdə hər şey sıxdır, 
məhduddur və kateqoriyallaşdırılıb, hər şey təhsilə, sivilizasiyanın 
inkişafına xidmət edir, demək olar ki, elə torpağın və ruhun qurluşu 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin