Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə35/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
36 
lakin paxıllıq və xəsislikdə ad alıblar; 
Hindli: tizfəhimlikdə və hazırcavablıqda üstünlük qazanıblar, 
lakin tələskən, bədbinlik, məkr və şayiədə ad alıblar; 
Türk: şücaət, xidmət və xoş surətlikdə üstünlük qazanıblar, 
lakin qəddarlıq, kobudluq və özlərini saxlaya bilməməkdə ad 
alıblar. 
Respublikamızda etnopsixologiya problemlərinin ilk dəfə 
elmi planda tədqiqi, istedadlı psixoloq Fuad İbrahimbəyovun 
yaradıcılığı ilə bağlıdır. O, öz əsərlərində göstərmişdir ki, etnik-
mədəni amillər etnik psixoloji xüsusiyyətlərin formalaşmasında çox 
mühüm rol oynayır. Bunula da Fuad müəllim etnik psixoloji 
xüsusiyyətləri sırf biolji amillərlə izah edənlərə qarşı çıxmışdır.
Müasir dövrdə Azərbaycanda etnopsixologiya sahəsində 
tədqiqat aparan psixoloqlardan Ə.S.Bayramov, Ə.Ə.Əlizadə, 
S.İ.Seyidov, B.H.Əliyev, R.Qədirova, R.Qaragözov, G.Hüseyn-
ovanın pedaqoqlardan Ə.Həşimov, Y.Talıbov etnoqraflardan 
Q.Qeybullayev, R.Babayev H.Quliyevin və b. adlarını qeyd etmək 
olar. Etnik psixoloji problemlərin təhili ilə bağlı Ə.S.Bayramovun 
əsərlərindən “Etnik psixologiya”, “Psixoloji düşüncələr”, “Etnik 
psixologiya məsələləri”, “Kitabi-Dədə Qorqud” dastanlarında etnik 
psixoloji xüsusiyyətlərin inikası və başqa əsərlərini göstərmək olar. 
Ə.Ə.Əlizadənin “Azərbaycan güzəran psixologiyası məsələləri”, 
“Xəmsə”də yaş və pedaqoji psixologiya məsələləri”, “Azərbaycan 
etnopsixologiyasına giriş”, R.Əliyevin “Şagird şəxsiyyətinin 
formalaşmasında milli xüsusiyyətlərin nəzərə alınmas”, “Şəxsiyyət 
və onun formalaşmasının etnopsixoloji əsasları”, “Etnopsixologiya: 
qloballaşma və millilik” əsərlərini qeyd etmək olar. Rəna Qədiro-
vanın “Azərbaycanlı uşaq və yeniyetmələrin milli identikliyinin 
inkişafının sosial-psixoloji problemləri” adlı doktorluq disserta-
siyasını, G.Hüseynovanın “Müasir gənclərdə etnik stereotiplərin 
təzahür xüsusiyyətləri” adlı metodik tövsiyyəsini göstərmək olar.
Etnopsixoloji məsələlər ədəbiyyatçılardan N.Cəfərov, K.Vəliyev, 
A.Nəbiyev, P.Xəlilov, tarixçilərdən M.Seyidov, Q.Qeybullayev, 
filosoflardan A.Əsədov, A.Şükürov, A.Şirinov və başqalarının 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin