ETNOPSİXOLOGİYA 35
yeməklərindən ibarət 150 növ bulud gətirdilər, beləliklə iki dəfəyə
290 yemək növü verilmişdi”. Misal üçün, hələ XVI əsrdə
Azərbaycan xalqının mətbəxt mədəniyyəti nə qədər zəngin
olduğunu ingilis səyyahını dili ilə bir daha sübut edir. Bu ilk
növbədə Azərbaycan xalqının nə qədər qöonaqpərvər olduğunu,
onun yadelli xalqlara nə qədər diqqət, qayğı göstərdiyini və
mehribançılıqla qarşıladığını sübut edir. Misal həm də Azərbaycan
qadınlarının zəngin təxəyyülə və şəhər mədəniyyətinə sahib
olduqlarını sübut edir. Çünki, köçəri xalq heç də bu qədər zəngin
mətbəx yarada bilməz.
Azərbaycan və azərbaycanlılarla bağlı daha bir xatirə isə
alman alimi, riyaziyyatçısı, astronomu, filosof və coğrafiyaşünası
Adam Olearinin “Moskoviya və Moskoviyadan keçməklə İrana,
oradan da geriyə səyahətin təsviri” adlı əsərində verilmişdir. 1636-
1638-ci illərdə Azərbaycanda olan Adam Oleari Şamaxıda olmuş
və orada mədrəsədə tələbələrə astronomik cihazlardan (qlobus və
bucaqölçən (üstürlab) istifadə etməklə elmlərin sirlərini, o
cümlədən Evkilid həndəsəini öyrətdiklərini yazır. Digər bir xatirə
isə holland səyyahı Yan Streysin “Səyahət” əsərində verilir.Onun
səfəri 1670-1672-ci illərdə Dərbənd, Şamaxı və Ərdəbil şəhərlərinə
olmuşdur.
Hacı Zeynalabdin Şirvani (1780-1838) Azərbaycanın ən
görkəmli səyyahı (Azərbaycan Çələbisi) olmuş və 40 illik səyahət
əsasında əsasən Şərq ölkələrində olmuş və orada yaşayan xalqların
həyatını əks etdirən dörd əsər yazmışdır: “Riyazüs-səyahə”,
“Kəşfül-Maarifin”, “Hədaiqüs-səyahəni”, “Büstanüs-Səyahəni”.
Nəsirəddin Tusinin etnopsixoloji fikirləri və müşahidələri
əsasən “Əxlaqi-Nasiri” əsərində toplanmışdır. N.Tusi Şərq
xalqlarından bəzilərinin xarakterik xüsusiyyətləri haqqında
mövcud olan stereotipləri belə təsvir edir:
Ərəb: natiqlik, bəlağət və fəsahətdə üstünlük qazanıblar, lakin
tünd xasiyyət və şəhvətpərəstlikdə ad alıblar;
Əcəm: ağıl, fərasət, təmizlik və zirəklikdə ad alıblar;
Rumi: vəfa, əmanət, kömək və qənaətdə üstünlük qazanıblar,