ETNOPSİXOLOGİYA 26
təcrübə göstərir ki, hər bir millətin, xalqın nəinki özünün , eləcə də
müəyyən əlaqə və münasibətdə olduğu etnos və xalqların etnik
xüsusiyyətlərini vaxtında öyrənib düzgün qiymətləndirməsi həm
özünüdərkinə, həm də başqlarının düzgün dərk edib adekvat
surətdə qiymətləndirməsinə yaxından kömək edir. Elə öz
millətimizin tarixi təcrübəsi, onun qonşularının ona qarşı qısqanc,
qərəzli və düşmən münasibəti nəticəsində düçar olduğu müsibətlər,
ərazi itgiləri bu cəhətdən çox ibrətlidir. Qonşu etnosların psixoloji
xüsusiyyətlərinə lazımınca bələd olmamağın və onlarla ünsiyyət
zamanı nəzərə almamaığın acı nəticələrini bu gün də dadırıq.
Etnopsixoloji fikirlərə antik dövrün filosoflarından Herodot,
Hippokrat, Pliniy, Strabon və b. əsərlərində rast gəlinir.
Bizim eradan əvvəl yaşamış Herodot (480-425) nəinki tarixin
“atası”, o həmçinin etnopsixologiyanın da ulu babası hesab
olunur.O, çoxlu səyahətlər etmiş, müxtəlif xalqların sitayişi, adət-
ənənəsi, dini ritualları barədə öyrənmişdir. Herodot, fərqli
xüsusiyyətləri xalqların təbii mühiti ilə əlaqələndirmişdir. Məsələn,
“Tarix” əsərində misirliləri ellinlərlə (özünün aid olduğu etnos)
müqayisə etmiş və göstərmişdir ki, onların göyü, çayları fərqli
olduğu kimi, adət-ənənələri də başqa xalqlarla ziddiyyət təşkil edir.
Herodot öz əsərində “varvar” sözünü işlətmişdir. Lakin, varvar
sözü orada başqa, yad, özgə mənasında, yəni ellinlərdən fərqli olan
mənasında işlədilmişdir. Herodotun ən yaxşı etnoqrafik əsəri
skiflərin həyat tərzi ilə bağlı olmuşdur. Qədim yunan filosofu və
həkimi Hippokrat da ətraf mühiti, coğrafi iqlimi, eləcə də qidanı
xalqların fərqli psixoloji xüsusiyyətlərə malik olmasının səbəbi
kimi göstərmişdir.
Avropa mədəniyyəti “varvar” mədəniyəti ilə tanışlığa əsasən
tacirlər, səyyahlar və missionerlər vasitəsilə nail olmuşdur.
Venesiyalı səyyah Marko Polo Andaman sakinlərini itbaşlı, itgözlü
və itdişli insanlar kimi təsvir etmişdir. Böyük coğrafi kəşflər döv-
ründə yer kürəsinin əhalisinin həyat tərzinə maraq artmışdır. XVIII
əsrdən etibarən müxtəlif xalqların elmi-psixoloji müşahidələrin
predmeti olaraq öyrənilməsinə cəhd göstərilirdi. Mühit (iqlim)