ETNOPSİXOLOGİYA 252
ki, südlü çayı ingilislər çayın dad xarakteristikalarını dəyişmək
üçün ixtira ediblər. Bir qismi belə olsa da, əslində çaya südü əlavə
ediblər ki, içki tez soyusun və farfor çatlamasın. Saat 5-də çay saatı
dünyada məşhur olan ifadədir və İngiltərədən gəlmişdir. Adətən
onu saat 16:00-18:00 arası kiçik buterbrodla qəlyanaltı kimi içirlər.
Çay britaniyalı üçün sadəcə içki deyildir, bütöv bir ritualdır.
İngiltərənin mədəniyyətini çaysız təsəvvür etmək mümkün deyildir.
Hətta mümkündür ki, çay icməkdə ingilislər çinlilərlə yarışa girə
bilərlər.
Lanç gündüz qida qəbuluna daxildir. Lanç zamanı əsasən
tərəvəz və hər hansı ət və ya balıq məhsulu verilir. Böyük Britaniya
mədəniyyətində qəbul olunan ənənəvi ingilis deserti qaynar verilən
alma piroqu və ya südlü pudinqdir. Ailə xaç stoluna yığışanda
süfrələrinin şahı sayılan yeməkləri düzülür: quzu qabırğa, tərəvəz,
pudinq.
Axşam yeməyi “supper” sayılır. Öz tərkibinə görə lanç
yeməyinə bənzəyir. Yüngül qəlyanaltılar olur, ağır və ya zərərli
yeməklər olmur. Futbol oyunlarında tez-tez alınan ənənəvi çərəzləri
“balıq və çipsi” (fish and chips). İngilislər haqqında çoxlu həqiqi və
yalan stereotiplər mövcuddur.
İngilislər haqqında həqiqi stereotiplər. Çaya olan
qarşısıalınmaz sevgi. Hava haqqında danışmayı sevirlər, hava
haqqında diaqloqda hər bir qeyri-adi pauza edə bilərlər. İngilislərdə
solğun dəri olur. Bu həmçinin ölkənin iqlim şərtləri ilə də təsdiq
olunmuşdur. İngilislər üçün nəzakət hər şeydən öncə gəlir.
İngilislər mətbəx qeyri-adi yeməklərin tərəfdarı deyillər, sadə
yeməklərə üstünlük verirlər. İngilislər haqqında yalan stereotipləri.
Hər bir ingilisin bütöv ailəsi üçün rahat evi vardır. Bu mifdir,
onların çox hissəsi kirayə evdə qalırlar, onu qonşuları ilə bölürlər,
bir yerdən başqa yerə köçürlər. Böyük Britaniyada hər yerdə
qırmızı telefon köşkləri qoyulmuşdur və kişilər küçələrdə şlyapa
gəzirlər. Bu da uydurulmuşdur. Sözsüz ki, bunlar Böyük
Britaniyanın simvolları sayılır, köşklərin sayı o qədər də çox
deyildir, kişilər şlyapada küçələrə əsasən bayramlarda çıxırlar.