ETNOPSİXOLOGİYA 253
İngilislərin hamısı çox ağıllıdırlar, çünki onların Kembric və
Oksfordları vardır. Xeyr, xeyr və bir daha xeyr. Təəssüf ki,
ingilislərin hamısı özünü elmə həsr eləmir, Oksford və Kembricdə
də onların hamısı təhsil almır.
Bütün bu stereotiplərlə tanış olmaqla yaxşı ifadəni xatırlamaq
olar: “Geyiminə görə qarşılayıb, ağlına görə yola salırlar” (Kitabı
üz vərəqinə görə mühakimə etməyin. Don’t judge a book by it’s
cover). İnsanları görünüşünə görə mühakimə etmək düzgün
deyildir, bütün millətlər unikaldır, hər bir insan təkrarsızdır.
İngilislərin mədəniyyəti eyni zamanda digər ölkələrdən fərqlidir.
İngilislərin adət və ənənələri təkdir və təkrarolunmazdır.
Qaydalarda və stereotiplərdə hər zaman istisnalar mövcuddur.
5.2.2. Fransızların etnopsixoloji xüsusiyyətləri Avropada etnik cəhətdən fransızlara bənzəyən xalq çətin ki,
tapılsın. Fransada hətta şimallılarla cənublular nəinki xarakterlərinə
görə, hətta xarici görünüşlərinə görə də bir-birlərindən xeyli
fərqlənirər. Məsələn, Şimalda əsasən hündür boylu, açıq mavi
gözlü və sarışın saçlı adamlar üstünlük təşkil edir, cənubda isə daha
çox alçaqboylu, enlikürəkli, əsmər, qarayanız adamlara çox rast
gəlinir. Fransada bir-biri ilə tanış olduqları zaman əsasən sənətini
və vəzifəsini deyil, harada doğulduqlarını soruşurlar. Bu daha çox
paytaxtda yaşayanlarda özünü göstərir. Çünki Fransanın müxtəlif
əyalətlərinin özünəməxsus xüsusiyyətləri vardır. Bununla da onlar
kiminlə və necə ünsiyyət qurmağın, rəftar etməyin üsullarını təyin
edə bilirlər. Yəqin ki, fransızların xarakteri ona görə ziddiyyətlidir
ki, onlar özlərində müxtəlif əyalətlərin müxtəlif xüsusiyyətlərini
daşıyırlar.
Başqa xalqlardan fərqli olaraq fransızlar əsasən oturaq xalq
hesab olunur. Fransa tarixində kütləvi emiqrasiya halına az rast
gəlinir. Hətta xaricdə yaşayan fransızlar da qocalanda vətənə
dönməyə üstünlük verirlər.
Etiket qaydaları və ünsiyyət. Fransızlar bir qayda olaraq əl
ilə görüşürlər. Xüsusilə də, kimsə başqa bir şəxsi onlara təqdim