ETNOPSİXOLOGİYA 256
eynidir. Ənənəvi vilayət kostyumlarının fərqi yalnız müxtəlif önlük
və örtüklərlə seçilir.
Fransızlar özlərinin milli mətbəxləri ilə də fəxr edirlər. Hər
bir fransız əyalətində ənənəvi xörəklərin olmasına baxmayaraq,
fransızların qidasında ümumi xarakterik xüsusiyyətlər daha çoxdur.
Onlar çoxlu tərəvəz və meyvələrdən istifadə edirlər. Pendir
istehsalında fransızlar böyük ustalıq nümayiş etdirirlər. Fransız
stolunun ayrılmaz atributu çaxır olduğundan, fransızlar çaxır
istehsalına görə də dünyada birinci yerdə durur. Ən çox alma
şərabına üstünlük verirlər.
Fransız xalqının başqa xalqlara münasibəti. Fransızlar daim
özünü təsdiqə çalışırlar. Başqalarının qeybətini qırmağı sevirlər.
Bununla belə, başqalarının özləri haqqında fikirlərinə həssalıqla
yanaşırlar. Onlar qapalı ingilisdən, ciddi almandan daha
ünsiyyətcil, italyanlara nisbətən daha ciddidirlər, lakin fransızların
ünsiyyətcilliyi heç də birmənalı deyil. Əgər amerikalı tanışlıqdan
yarım saat sonra əlini sənin ürəyinə vurur və evinə qonaq dəvət
edərsə, fransız bunu etməz. Fransıza “sən deyə” müraciət etmək
uzun vaxt tələb edir. Fransızların işğüzar həyatında şəxsi əlaqə və
tanışlıq böyük rol oynayır. İşğüzar tanışlıq zamanı fransıza hökmən
vizit kart verilir. Onlar tanışların təhsilinə də xüsusi fikir verirlər.
Ona görə də vizit kartda təhsil aldığı müəssisənin adının
göstərilməsi vacibdir.
Fransızlar o qədər də dəqiq deyillər. Onların qəbullarının öz
qaydası var. Daha yüksək statuslu şəxs bir qayda olaraq görüşə gec
gəlir. Tutaq ki, siz firmanın prezidenti ilə şam yeməyinə dəvətlisi-
nizsə, arxayın ola bilərsiniz ki, o, ən azı yarım saat gecikəcək. Stol
arxasında ənənəvi mövzu teatr, kino, sərgilər haqqında danışıqlar-
dan ibarət olur.
Fransızlar özlərini təqdim etmək qaydalarına xüsusi
əhəmiyyət verirlər. Geyimə qarşı mühafizəkardırlar. Adətən zövqlə
geyinirlər. Açıq, parlaq rənglərə üstünlük verirlər. Onlarda əzilmiş,
ütüsüz paltarda gəzmək qəbahət sayılır. Qadınlar daş-qaş, zinət
əşyaları taxmağı o qədər də xoşlamırlar.