ETNOPSİXOLOGİYA 257
Hər kəsin cəmiyyətdə mövqeyi, sosial statusu asanlıqla gözə
çarpır. Görüşərkən əl tutur və bir anlığa bir-birilərinin gözlərinin
içinə baxırlar. Adətən işgüzar görüşlərdə yemək verilir. Yemək
zamanı siqaret çəkmirlər, belə hesab edirlər ki, siqaret yeməyin
dadını qaçırdır.
Əgər siz fransızca danışmasanız, gərək bu dili pis bildiyinizi
söyləyə, üzrxahlıq edəsiniz. Fransızlar mahir natiqdirlər. Söhbət
zamanı tez-tez mövzuya uyğun zarafatlar edirlər. Fransızların ilk
dəfə tanış olduqları adama ilk sualları bu olur: “sən hardasan?”. Bu
sualla əsasən onlar digər bölgədən olan fransıza müraciət edirlər ki,
həmsöhbətinin xarakterik xüsusiyyətlərini müəyyən edə bilsin.
Fransızların ailəyə, uşaqlara münasibəti. Fransızların ailəyə
münasibətinin də özünəməxsus xüsusiyyətləri vardır. Övlad
məhəbbəti, ona öz nəslinin davamçısı kimi baxmaq istənilən
insanın genetik xüsusiyyətidir. Bununla belə, hər bir xalq bu
məhəbbəti müxtəlif şəkildə təzahür etdirir. Burada təbii ki,
valideynin xarakteri, sosial mühiti, milli xüsusiyyətləri, əxlaq
dəyərləri və s. öz təsirini göstərir.
Fransız uşağa məhəbbətini italyanlar kimi hay-küylü şəkildə
bildirmir. Ümumiyyətlə, fransızlar rasional düşüncəli sentimental
xalqdırlar. Fransızlar uşağa qarşı çox da ürəyi yumşaq deyillər.
Uşağa qarşı biganə və sərt olurlar. Onlar uşağın erkən qabiliyyətini
daha çox qiymətləndirirlər. Fransada ictimai yerlərdə bərkdən
ağlayan uşağa nadir hallarda rast gəlinir. Onlar uşağı həddən artıq
əzizləyərək, nazını çəkərək yedizdirməyi xoşlamırlar. Ümumiy-
yətlə, Fransada öz qabında yemək saxlamaq mədəniyyətsizlik
hesab olunduğundan, uşağa da öz yeməyini sonadək yeməyi
öyrədirlər. Fransızlar uşağa soyuq dəyməsin deyə onu heç vaxt
qalın geyindirmirlər. Anaya hörmət 1-ci dərəcəli vəzifədir. Böyük
uşaqlar ev işlərində anaya kömək edirlər. Yad adamların yanında
uşaqlar özlərini ciddi və sakit aparır, heç vaxt böyüklərin sözlərini
kəsmirlər. Onlara müraciət edilməzsə söhbətə qarışmırlar. Bir
sözlə, onlar özlərini inamlı və böyük adam kimi aparırlar.
Fransızlar amerikalılar kimi uşaqların pul qazanmaq üçün qəzet