Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə252/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   248   249   250   251   252   253   254   255   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
258 
paylamağını, maşın yumağını səmərəli vasitə hesab etmirlər. 
Fransızlar ev işlərində yaxından iştirak etməyi kişi işi hesab edirlər, 
yəni stol açmaq, qab yumaq, zibil atmaq, ev yığışdırmaq və s. kimi 
işlərdə kömək etməyi normal qəbul edirlər. 
Nənələrin öz nəvələrinin daim qayğısına qalması qəbul 
edilmir. Yalnız şənbə və bazar günləri nəvə ancaq bir neçə saatlığa 
nənənin yanında qala bilər. Bundan başqa əgər nənə kənddə 
yaşayırsa, nəvə yay tətilini nənəsi ilə birgə keçirə bilər. 
Fransızların həyat tərzi. Fransızlar pula qarşı çox tələb-
kardırlar, pul yığmağı xoşlayırlar. Bəzən bu hal onlarda xəsisliyə 
çevrilir. Fransızlar riskli işə pul yatırmaqdansa, onu qoruyub-
saxlamağı üstün tuturlar. 
Fransızların işgüzar həyatında şəxsi tanışlıq və şəxsi 
münasibətlər mühüm yer tutur. Fransızların xarakterindəki fərdilik 
ünsiyyətli olmaq halına üstün gəlir. Onlar çay stolu arxasında 
oturaraq hər mövzuda səmimi söhbət etsələr də, öz qəlblərini 
başqalarına açmağı xoşlamırlar. Fransıza “sən” deyə müraciət 
etmək uzun vaxt tələb edər. Onlar özləri ilə başqaları arasında 
həmişə müəyyən məsafə saxlayırlar. 
Fransada ali təhsilə xüsusi diqqət yetirirlər. Ölkənin ən 
görkəmli iş adamları və elitası əsasən məşhur ali təhsil müəs-
sisələrinin məzunları arasından çıxır. 
Fransızlar öz ölkələrinin tarixinə, mədəniyyətinə, dilinə çox 
ehtiramla yanaşırlar. İşğüzar görüşlər zamanı gərək fransızca 
danışmağa çalışasan, bu dili bilmədikdə isə, üzr istədikdən sonra 
başqa dildə danışa bilərsən. 
Onlar çox dəqiqdirlər və qonağı da təyin edilmiş vaxtda
qarşılamağı xoşlayırlar. Fransızlar mətbəxi özlərinin milli fəxri 
hesab etdiklərindən, masanın üzərindəki yeməklərin və içkilərin 
keyfiyyətinə də xüsusi fikir verirlər. Stola çox tünd içkilər qoyulur, 
sağlıq deyilmir, hesabı da dəvət edən şəxs ödəyir. Söhbətə əsasən 
kofe verildikdən sonra başlayırlar. Adətən masa arxasında kino, 
sərgilər, kitablar, Fransız mədəniyyəti və incəsənəti, turizim kimi 
mövzulardan söhbət edirlər. 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   248   249   250   251   252   253   254   255   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin