ETNOPSİXOLOGİYA 255
buludlarla örtülür, soyuq küləklər Atlantik okeandan və La-manş
boğazından əsir, hər yeri duman bürüyür. Yol qırağında hər iki
tərəfdə cərgə ilə alma bağları, qovaq və cökə ağacları salınıb. Uzaq,
Şimal-Şərqdə Nord (Şimalda) və Pa-de-Calé (Kale limanı) əhalisi
əsasən kartof və çuğundur əkməklə məşğul olur.
Fransızlar alma şərabına daha çox üstünlük verdiklərindən,
şimalda üzümlüklər artıq yox olmaq üzrədir. Üzüm tənəklərinin
yerini maya göbələyi əvəz edir. Şimalda yaşayan insanların təbiəti
də cənubdakılardan tamamilə fərqlənir.
Fransızların temperamentinin təzahür xüsusiyyətləri.
Fransanın cənubunda olan aydın təbiət buranın insanlarının
temperamentinə də uyğun gəlir. Cənublular cəld, çevik, ünsiyyətcil
insanlardır. İsti iqlimə mənsub olduqlarından onlara evdə oturmaq
darıxdırıcı gəlir, həyətə, kafeyə getməyə can atırlar. “Günəş
vannası” qəbul edir, çay stolu arxasında son yerli mətbuatı
müzakirə edirlər. Kəndlərdə və şəhərlərdə əsasən yaşlı kişilər
möhtəşəm Çinar ağaclarının kölgəsində və fantanların kənarında
yığışaraq, kart və ya domino oynamaqla günlərini keçirdirlər.
Cənubla şimal insanlarının temperament fərqi də böyükdür.
Şimalda yaşayan fransızlar az ünsiyyətli və az danışan olurlar, lakin
onlar işdə çox ciddi və bacarıqlı, dostluqda isə çox möhkəm və
davamlı olurlar. Onlar öz keşmiş ənənələrini də qoruyub
saxlayırlar. Şimalda yaşayanlar cənubdakılardan fərqli olaraq
küçədə vaxt keçirməyi xoşlamırlar. Onlar havanın soyuq keçməsi
ilə əlaqədar olaraq rahat evdə oturmağa üstünlük verirlər.
Fransızların adət-ənənələri. Fransızlar öz keçmiş adət-
ənənələrini qoruyub saxlamağı bacarırlar. Burada çoxlu həvəskar
(fan) klublar, folklor dərnəkləri fəaliyyət göstərir. Bayram
günlərində şəhərin küçələrində möhtəşəm karnavallar keçirilir.
Ənənəvi xalq kostyumu olan qadın kostyumu büzməli geniş
ətək, qollu köynək, önlük və papaqdan ibarətdir. Kişi kostyumu isə
şalvar, köynək, jilet, gödəkcə boyun dəsmalı və şlyapadan ibarətdir.
Kənd kişilərinin və fəhlələrinin baş örtüyü kimi indi də beretlərdən
istifadə edirlər. Kostyumun əsas elementləri bütün Fransada