Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə253/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   249   250   251   252   253   254   255   256   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
259 
Fransanın mədəniyyəti və dini. Fransanın şimalı ilə cənubu 
onların tarixi talelərində də fərqlənir. Ölkənin Cənubu Roma 
Qalliyasından əmələ gəldiyindən, burada Roma mədəniyyətinin 
böyük təsiri vardır. Burada mədəniyyətin əsasını Antik Roma 
mədəniyyəti təşkil edir. Bəzi Cənub şəhərlərində hələ də antik 
amfiteatrlar, həmçinin rum qullarının tikdikləri möhtəşəm 
azverdunlar qalmaqdadır. Marselin əsasını da qədim yunanlar
qoymuşlar. Fransız ənənəvi mədəniyyəti özünəməxsus cəhətlərini 
yaşayış məskənlərinin xarakterində, yaşayış evlərinin tiplərində və 
milli mətbəxində saxlamışdır. Ölkənin Şimal-Şərq hissəsinin 
Pikardiya, Şampan, Lotoringiya və Elzasın düzənlik və təpəlik 
rayonları üçün küçə və cərgəvi planlı böyük kəndlər xarakterikdir. 
Əkin sahələri az olan hissələrdə isə Bretan, Normandiya, 
Akvitaniya və Pravansda kiçik qəsəbələr üstünlük təşkil edir. 
Burada kəndli mülkləri bir-birindən hasarlar vasitəsilə ayrılırlar. 
Fransa kəndlərində əsasən küçə və paralel sırada düzülmüş
birmərtəbəli evlər geniş yayılmışdır. Fransanın dağlıq rayonlarında 
Alp tipli yaşayış evləri geniş yayılıb. 
Fransanın əsas dini xristian dinidir. Fransada xristianlığın 
qolları protestant və katolikdir. Fransızlar həftənin bir günü kilsəyə 
gedərək ibadət edirlər. Fransanın şimalında dinə etiqad cənuba 
nisbətən daha çox yayılmışdır. Bundan əlavə Fransada islam dininə 
də etiqad edənlər çoxdur. Hal-hazırda Fransa əhalisinin 10%-ni 
müsəlmanlar təşkil edir. Bunlar əsasən Afrikadan gələn ərəblər, 
misirlilər, tümənlər və əlcəzairlilərdir. 
İxtisas ölkə xalqlarının dili. Milli xüsusiyyətlərin formalaş-
masının öz qanunauyğunluqları var və ondan yan keçmək olmaz. 
Bunların içərisində xalqın dili ilə onun ruhu arasında birbaşa 
bağlılıq vardır. Dil hər bir xalqın öz düşüncəsinin, təfəkkürünün 
aynasıdır. 
Bir ailəyə daxil olan dillər (dil ailəsinə) öz aralarındakı 
müxtəlif dərəcəli qohumluqlarını saxlayırlar. Bununla əlaqədar 
olaraq dil ailələri budaqlara, onlar da öz növbəsində qrup və 
yarımqruplara ayrılırlar. 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   249   250   251   252   253   254   255   256   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin