ETNOPSİXOLOGİYA 276
meyvəyə kimi hər şey bişirmək mümkündür. Amerikan barbekü
qonaqlığında adətən müxtəlif souslarla verilən qabırğalar və toyuq
qanadları istifadə olunur. Amerikan mətbəxində salatlardan da çox
istifadə olunur. Kahı ilə Sezar salatı, vineqret, və ya tərəvəzlər və
bərk bişirilmiş yumurta ilə Şefin salatı da çox populyardır. Başqa
populyar salatların sırasında mayonezli kələm və yerkökü salatı və
kərəviz, alma və qozdan hazırlanan Valdorf salatlarıdır. Duzdür,
sağlam və qidalı xörəklərin hazırlanması müəyyən vaxt və səyləri
tələb edir. Lakin, bunuda unutmamalıyıq ki, qidanın hazırlanması
həmçinin cəhd və fantaziya tələb edən incəsənətdir. Milad və Yeni
il bayramı (Christmas day and New Year's Day) Bir
Xristiyan bayramı olan Noel baba, Həzrət İsanın doğum günü
olaraq hər il 25 dekabrda qeyd olunur. Hər kəs evində bir şam ağacı
bəzəyir ve altına hədiyələr qoyurlar. Bunun yanında insanlar bir-
birinə təbrik kartları yollayır, küçələr və evlərin ətrafı işıqlarla
bəzənir. Yeni il sabahı hədiyələr verilir və 24-dən 25-inə başlayan
axşam ailə üzvləri bir araya gəldiyi evdə yemək yeyirlər, sonra da
kilisələrdə dua etməyə gedirlər. Bütün dünyanın qeyd etdiyi yeni
ildə hər kəs evini işıqlarla doladırır və gece saat 12:00-də
möhtəşəm fişəng olur. Yeni il günü hər yedə tətil olur və ertəsi gün
her yerdə böyük endirimlər olur. Pasxa günü (Easter day)
Pasxa bayramı olaraq tanınan bu bayramın tarixi hər il dəyişir.
Əsasən bahar mövsümündə bir bazar gününə uyğun gəlir. Xristiyan
dünyası üçün Həzrəti İsanın yenidən dirilişi mənasını daşıyan bu
xüsusi gündə yenə ailələr bir araya gəlir və yemək
yeyib, dua edirlər. Bu özəl gün baharın gəlişini də bildirir. Şəhidlər
günü (Memorial Day) May ayının son bazar ertəsi günü qeyd
olunan bu gün Amerikan şəhidlərini anma günüdür. Müstəqillik
günü (Fourth of July) Amerikan bayramları arasında ən önəmli
olan bu bayram, Amerikanın müstəqilliyinin elan edilməsi ilə bağlı
qeyd olunur.
Amerikada din. ABŞ Konstitusiyasına edilən birinci
dəyişiklik dinin azad
həyata keçirilməsinə zəmanət verir
və quruluşuna uyğun olaraq Konqres qanunların qəbul edilməsinə