Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə271/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   267   268   269   270   271   272   273   274   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
277 
qadağa qoyur. Din Amerikan mədəniyyətində əhəmiyyətli bir rol 
oynamaq-dadır. İnkişaf etmiş ölkələr arasında Amerika Birləşmiş 
Ştatları ən dindar ölkələrdən biri kimi qəbul edilir. 2002-ci ildə 
edilən Pew Global Attitudes Project anketinə görə ABŞ-ın 
dünyadakı inkişaf etmiş ölkələr arasında vətəndaşlarının 
əksəriyyətinin dinin həyatlarında çox əhəmiyyətli bir rol oynadığını 
ifadə etdiyi tək ölkə olduğu ortaya çıxmışdır. 
Din və dövlət iki ayrı hörmətli quruluşdur. Rəsmi işlərdə 
İncil üzərinə and içmək, “Tanrı Amerikanı qorusun” duası ABŞ-da 
dinə və ya dövlətə bağlı bir zəiflik meydana gətirməz, iki sahədə 
bir-birinə müdaxilə etməz. 
Ümumi milli din şəxsiyyətində dünya xeyr və şər 
qüvvələrinin vuruşduğu bir sahədir. ABŞ yaxşılığın 
və demokratiyanın qoruyucusudur, şər qüvvələrə qarşı düşmənlərə 
meydana gəlmə halında belə hücum edə bilər. Armageddon 
Döyüşü, dünyanın sonunu gətirəcək döyüş, Qüdsə 90 km 
uzaqlıqdakı Megiddoda ediləcək və şər qüvvələr məğlub olacaqdır. 
Tanrı azadlığı qoruma vəzifəsini ABŞ-a vermişdir, onlar seçilmiş 
millətdir. 
Din olaraq isə , ABŞ-da ümumi ; % 73 Xristian ( % 48 
Protestant , % 22 Katolik , % 2 Mormon , % 1 Ortodoks), % 19,6 
ateist ya da heç bir dinə bağlı olmayan, % 1,7 Musevi , % 5,6 digər 
inanclar, 0,7% Buddist, % 0,6 Müsəlman, 0,4% hindu, % 0,3 unitar 
universalist, % 0,1 Pagan, Vika və Druid yaşamaqdadır. Şinto, 
Kaodaizm, Sikhism, Jainizm, Taoizm, Bəhailik, Ekankar, 
Amerikan yerli dini və Kemetizm kimi digər bir çox din də 
Amerikada təmsil olunur. 
Amerikan xalqının stereotipləri. Müsbət stereotiplər. 
Alicənablıq və Əliaçıqlıq: Amerikalı siyasətçi olan Uillam Bennetə 
görə Amerikanların müsbət xüsusiyyətləri onların əliaçıq olmasıdır. 
O, qeyd etmşdir ki, Amerika Birləşmiş Ştatları bir çox ölkəyə 
kömək və təchizat göndərir və amerikalılar xeyriyyəçi və ya 
könüllü insanlar kimi qəbul edilə bilər. 2010-cı ildə xeyriyyə 
yardımı komitəsini araşdırması nəticəsində müəyyən olunmuşdur 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   267   268   269   270   271   272   273   274   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin