ETNOPSİXOLOGİYA 287
Başlıca məşğuliyyət növlərinə dəniz ovu (delfin, molyuska, balıq
ovu), quru ovu (meymun, tısbağa, yaquar) və yığıcılıq (meyvə və
giləmeyvələr, bitki kökləri və s.). Qədim tayfalar birlik halında
yaşayırdılar. Hər bir ailənin ya öz örtüyü, ya da yumru formada
koması vardır. Qida hazırlamaq üçün xüsusi qab-qacaqdan istifadə
olunurdu: məsələn, molyuskaları balıqqulaqlarında bişirir, əti daş
və kömürdə qızardır, balıq, quş və yumurtanı isə sobalarda
hazırlayırdılar. Buranın sakinləri bəzək-düzəyə biganə deyildilər:
alt dodaqları və qulaqlarına taxta tıxaclar vururdular. Şərqi
Kolumbiya, Venesuela, Argentina və Uruqvay düzlərində yaşayan
insanların da həyat tərzi eyni idi. Onların evləri, komaları yox idi,
ov zamanı xüsusi daşlardan istifadə edirdilər.
Orinoko və Amazonka çaylarının hövzələrində yerləşən
Cənubi Amerikanın tropik meşələrinin sakinləri öz inkişaflarında
nisbətən irəli getmişlər. XVI əsrdə burada çoxsaylı xalqlar – tupi
quarani, aravaklar, kariblər yaşayırdılar. Bu xalqların etnik
mənsubiyyəti haqqında indiyədək dəqiq məlumat yoxdur. Bu tayfa
və xalqların dünyagörüşü ibtidai insan üçün tipik səciyyə kəsb
edirdi. Həyat və məişət tərzi miflərlə, ruh və fövqəltəbii qüvvələrlə
bağlı idi.
Braziliya haqqında düşünən zaman sözsüz ki, ağla gələn ilk
fikir möhtəşəm Rio-de-Janeyro karnavalıdır. Braziliyanın ən böyük
bayramı hesab olunan karnavalda hər il on minlərlə turist iştirak
edir. Festival zamanı sanki bütün şəhər canlanır: Diqqət cəlb edən
geyimlər, Samba (məşhur Braziliya rəqsi) və musiqi al-əlvan
rənglərdən və dərin emosiyalardan ibarət sehirli bir mühit yaradır.
Karnaval şənliklərinə Braziliyanın hər bir guşəsində təsadüf
olunur.
Braziliyanın bu şəhəri maraqlı karnavalları, qeyri-adi
festivalları ilə məşhurdur. 28 fevraldan başlayan Rio karnavalı
dünyada səbirsizliklə gözlənilənən dəlisov mərasimlərdən biridir.
Bu karnavalı cürbəcür parlaq rənglərin, qeyri-adi, əcaib
kostyumların, çılğın rəqslərin, dəlisov rəqqasların, sehrbazların
qaynar “kokteyli” də adlandırmaq olar. Mərasimin dəqiq tarixi