Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə283/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   279   280   281   282   283   284   285   286   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
289 
bayramıdır. Tanqoda həyat bütün çalarları ilə təcəssüm edir, onun 
mərkəzində isə Qadın və Kişi dayanırlar. Onların qarşılıqlı 
münasibətləri, ehtiras, konflikt, güzəştləri, qısqanclıq və nifrəti – 
insan həyatının əsasını təşkil edən hisslərdir. 
Venesuelanın ən məşhur bayramı Tövbə günü münasibəti ilə 
keçirilən karnavalıdır. Bütün ölkədə təmtəraqlı tədbirlər 
keçirilir.keçirilir. Hər region bayramı özünəməxsus qeyd edir. Bir 
yerdə körpə İsanın yatdığı yalançı beşiyi oğurlayırlar ki, sonra onun 
qaytarılmasını qeyd etsinlər, birində təntənəli yürüşlər və 
maskaradlar keçirirlər, başqa bir yerdə çoxlu musiqili tamaşalar 
təşkil edirlər. Venesuelada katoliklər çox olduğundan milli 
bayramların əksəriyyəti xristianların qeyd etdikləri bayramlarla 
eynidir. Dini bayramlar ərəfəsində İsanın iztirablarını əks etdirən 
tamaşalar göstərilir, xaç yürüşləri təşkil edilir, ”şeytanın rəqsi” adlı 
tədbir keçilir. Milad günü ərəfəsində (“La-noçe-buena”) geridə 
qalan ilin problemlərini təmsil edən iri kuklalar düzəldilir. Yeni il 
gecəsi yeni başlanğıcın başlanması kimi həmin kuklaları 
yandırırlar. Karakas hər il iyulun 21-dən 29-a kimi təməlinin 
qoyulduğu günü qeyd edir. Bu günlər ərzində teatr tamaşaları, 
heykəl və şəkil sərgiləri, konsertlər və küçə nümayişləri olur. 
Bundan başqa, ölkədə Müstəqillik günü (5 iyul), Əmək günü (1 
may), Simon Bolivarın anadan olduğu gün (24 iyul), Kolumb günü 
(12 oktyabr) qeyd edilir. 
Oruro karnavalı. Boliviya zəngin bir mədəniyyətə sahibdir. 
Buna görə də ölkədə bir çox karnaval və festivallar təşkil edilir. 
Bunlardan ən əhəmiyyətlisi fevral ayında hər il təşkil edilən Oruro 
Karnavalıdır. Oruro şəhərində bir həftə davam edən karnavalda 
rəngli kostyumlar geyinmiş rəqqaslar və musiqiçilər festival 
zamanı su döyüşləri təşkil edərkən küçələri doldururlar. Festivalda 
qaçırılmaması ən vacib olan şey Diablada deyilən şeytanın rəqs 
hissəsidir. 
Tarabuco karnavalı. Başqa bir böyük karnaval Tarabucodur. 
Tarabuco hər martın üçüncü bazar günü keçirilir. Ən məşhur xalq 
festivalı olan Tarabuco ispan koloniyaları üzərində qələbəni qeyd 

Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   279   280   281   282   283   284   285   286   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin