ETNOPSİXOLOGİYA 291
Suala: "İşlər necədir (Tudo bem)?", yalnız bir cavab variantı
mövcuddur “Hər şey yaxşıdır (Tudo)”. Hətta əgər hər şey tamamilə
yaxşı deyilsə və ya hətta pisdisə, cavab vermək lazımdır “Hər şey
əladır”.
Braziliyada meymunları tapmaq çox çətindir.
Küçələrdə çox təhlükəlidir, buna görə heç kəs və heç vaxt
axşamlar qaranlıq döngələr üzrə gəzmir. Uşaqları ümumiyyətlə
bəzi küçələrdə gəzməyə buraxmırlar.
Hamıda, hətta çox kasıblarda, qulluqçu var, hansı ki,
mənzili təmizləyir və yemək hazırlayır.
Evdə heç kimdə döşəmədə xalça və divarlarda divar kağızı
yoxdur.
Hər mənzildə ən azı 2–3 vanna otağı var, braziliyalılar
təssəvür edə bilmirlər ki, ruslar bir vanna otağı olan mənzildə necə
yaşayırlar.
Braziliyada yemək çox monotondur düyü, bişirilmiş paxla,
qızardılmış kartof, salat və qızardılmış mal əti gündə iki dəfə hər
gün yeyilir.
Küçədə həmişə və hər yerdə çox dilənçi və bomj olur. Nəzir
istəmək, hətta əgər sən gəncsənsə və sağlamsansa, əmək
fəaliyyətinə yararlı braziliyalı, biabırçı hesab edilmir.
Braziliyalılar çox söhbətcil və ünsiyyətli xalqdır, onlar bir-
biri ilə küçədə, mağazada, ictimai nəqliyyatda yüksək səslə
danışmağı xoşlayırlar.
Digər tərəfdən, cavan insanların küçədə «Ay qız, gəl tanış
olaq» kimi təklifləri ciddi hesab edilir.
Braziliyalılar pivəni və kaşasanı (şəkər çuğundurundan
araq) sevirlər.
Qiymətlər Braziliyada dünya qiymətlərindən 2-3 dəfə
yuxarıdır. Bütün idxal mallarına vergi qoyulur.
Braziliyada əhalisinin 15% yazıb-oxuya bilmir, amma
təxminən 30% əhali funksional savadsız hesab edilirlər.
Braziliyalılar günün və gecənin istənilən vaxtı qəhvə içməyi
sevirlər, hətta balaca uşaqlara belə tez-tez qəhvə içməyə icazə