ETNOPSİXOLOGİYA 283
bəxşiş vermək qəbul edilməzdir.
Amerikada yaşamaq üçün çox çalışmaq lazımdır. Daha çox
çalışırlar, qazanırlar və xərcləyirlər. Necə deyərlər, Nyu Yorkda
insanlar yerimir, qaçır. Həyat burda çox tez keçir. Hər kəsin
gedəcək bir yeri var. Avtobusdan istifadə edən amerikalılar mütləq
kartlarını pulla təmin edirlər. Çünki, avtobusda “mənim yerimə pul
verərsiniz”, “mən pulunu verərəm” deyə bir məntiq yoxdur.
Amerikada avtomobil yolları çox səliqəlidir. Amerikada avtobuslar
heç vaxt gecikmir, hər avtobusun dayanacaqdan keçmə vaxtı
vardır. Əgər siz 2 dəqiqə gecikmisinizsə növbəti avtobusu
gözləməli olacaqsınız. Onlarda Google Maps sistemi çox güclü
işləyir.
Amerikan xarakteri. Dəqiqlik çox önəmlidir. Onlar birinə saat
5-də görüşməyə söz veriblərsə, deyilən vaxtda orda olacaqlar. İşə
gecikdikdə müxtəlif bəhanələr gətirib özlərini vəziyyətdən
çıxaracaqlar kimi bir məsələ yoxdur. Müdriyyət bu bəhanələrin heç
birini qəbul etmir və işçiyə töhmət verirlər. Amerikalılar müstəqil
düşüncəyə malikdirlər. Onlar üçün ən önəmli şey xoşbəxt olmaqdır.
Bir amerikalı üçün Suriyada nələr baş verdiyinin heç bir mənası
yoxdur, əgər xoşbəxtdirsə deməli hər şey yaxşıdır.
Amerikalılar avropalılarla müqayisədə kütlə psixologiyasına
malikdirlər. Əgər hər hansı bir məsələ kütləvi informasiya
tərəfindən pislənirsə (məs: müsəlmançılıq) ətrafda hamı bir mənalı
olaraq bunu qəbul edir və heç bir araşdırma aparmır.
Amerikalılar marginal düşüncələrə qarşıdırlar. Onların
yanında terror, kommunizm, antimilitarizm kimi fikirlər söyləsəniz
amerikalı sizə qarşı çıxar. Onlar sizi anlamaz, sizi dinləməz. Hər
bir amerika vətəndaşı öz ordusunu sevir və onun ordusunun
dünyaya sülh gətirdiyinə inanır. Amerikalı başqa irqdən olan insana
qarşı daha tolerantdır, çünki özü də başqa irqdəndir. Amerikada bir
yerli amerikalıdan çox çinli və meksikalı görə bilərsiniz.
Amerikalılar idmanın bir şou olduğunu düşünür. Orada bütün
insanlar bacardıqları qədər idmanın müxtəlif növlərindən istifadə
edirlər. Hətta səhərlər böyük bir insan kütləsinin qaçmasını görə