Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə275/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   271   272   273   274   275   276   277   278   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
281 
mühacirlər gətirmişdir. Əslində Çin mətbəxi Amerikaya tez bir 
zamanda yayılmamışdır. Onlar ilk əvvəl ərzaq məhdudiyyəti 
olduğuna görə sadəcə tərəvəzlərdən ibarət sadə yeməklər 
bişirirdilər. Daha sonra bu yeməklər böyük şəhərlərə yayıldiqca 
çin-amerikan mətbəxini formalaşdırmışdır. Hal-hazırda çin-
amerikan mətbəxinə misal olaraq tərəvəzli rulet, pelmen (xəngəl) 
supu, bişmiş düyü göstərmək olar.
Amerikalılarda ailə. Uşaqlar 16 yaşına çatdıqda evdən 
ayrılırlar, onlar bizə görə çox erkən yaşda işləməyə başlayırlar. 
Orada universitetlərdə təhsil haqqı çox bahalı olduğu üçün uşaqlar 
məktəbi bitirdikdən sonra universitetə girməyə çalışmırlar, təhsil 
almaq istəmirlər. Universitetdə oxuyan uşaqların çoxu isə yay 
aylarında müxtəlif işlərdə işləyərək təhsil haqqlarını ödəməyə 
çalışırlar. Azərbaycan ailələrindən fərqli olaraq onlarda ata-anaya 
münasibət tamamilə fərqli olur. Ana övladını hər dəqiqə müdafiə 
etməyə çalışmır, psixoloji olaraq ona dəstək durur, lakin həyatın 
çətinliklərindən müstəqil olaraq keçməsini daha məsləhətə uyğun 
hesab edirlər. Kaliforniyada demək olar ki, hər evin qabağında 
limon ağacı əkilir. Onların əksəriyyəti evlərinin ətrafında özləri 
üçün lazım olan hər şey edirlər. Əksər amerikalıların həyatları 
evlərini, evləri isə həyatlarını dəyişir. Meqapolislərdən uzaqlarda 
yaşayan amerikalıların ailələrində uşaqlar valideynlərinə ev 
işlərində kömək edir. Bir çox yeniyetmələr xəstəxanalarda 
işləyərək özlərinin ehtiyaclarını ödəməyə çalışırlar. Amerikalılar 
qayda qanuna qarşı çox diqqətlidirlər. Siqaret çəkilməyən yerdə 
siqaret çəkmək, yerə zibil atmaq, qırmızı işıqda yol keçmək, işə 
vaxtında gəlməmək kimi qanun pozuntularına görə çox ağır 
cəzalanırlar. İş həyatında çox ciddi qanunlar vardır. Onlar üçün 
xüsusi iş həyatı və iş əxlaqı vardır.
İnsan münasibətləri. Amerikada insanlar çox gülərüzdürlər, 
xüsusən də başqa ölkələrdən gələnlərə qarşı çox mehribandırlar, 
diqqətlidirlər. İngilislər və fransızlar kimi özündən razı və soyuq 
deyillər. Tanımadığınız bir insan sizə tezdən Salam verə və ya 
necəsən soruşa bilər, bu sizi təəccübləndirməsin. Onlar hər an 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   271   272   273   274   275   276   277   278   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin