ETNOPSİXOLOGİYA 46
tədqiqatçılardan biri amerikan etnoqrafı və psixoloqu Marqaret
Mid (1901-1978) olmuşdur. Onun Yeni Qvineyada, Samoa
adalarında apardığı “çöl tədqiqatları” uşaqlığın etnoqrafiyasının
elm sahəsi kimi formalaşmasında böyük rolu olmuşdur. M.Midin
“Samoa adasında böyümə” adlı kitabı dünyanın 17 dilinə tərcümə
edilərək 2 milyon tirajla nəşr edilmişdir. M.Mid heç də öyrəndiyi
xalqların ekzotik mənəviyyatı, adət-ənənəsini şərh etməklə
kifayətlənmirdi, o həmçinin müşahidə etdiklərini nəzəri təhlildən
keçirərək bir faktı sübut edirdi ki, insan təbiəti heç də bioloji
determinizmin tərəfdarlarının təsdiq etdiyi möhkəm, dəyişməz
deyil, o plastikliyi ilə fərqlənir. O, inamla qeyd edirdi ki, məhz
mədəniyyət ən başlıca faktor kimi uşağı cəmiyyətdə necə
fikirləşməyi, hiss etməyi və davranmağı öyrədir. Uşaqlıq
mədəniyyətin demurqu (yaradıcısı) deyil, o öz qanunları ilə inkişaf
edir və uşaqlığın məzmununu müəyyyənləşdirir. Istənilən
cəmiyyətdə uşaq universal bioloji xüsusiyyətlərlə (yaşlılardan
asılılıq, köməksizlik, cins və yaş xüsusiyyətləri və s.) doğulur,
amma hər bir cəmiyyət bu “açarlardan” özünəməxsus tərzdə
istifadə edir. M.Midin mühüm xidmətlərindən biri etnoqrafiya və o
cümlədən insan haqqında olan başqa elm sahələri üçün də tipik
olan androsentrizmdən (kişi davranışı normativ davranış kimi
götürülməsi) uzaqlaşa bilməsi olmuşdur. Belə ki, oğlan və qızların
davranış və sosializasiyasındakı fərqlərə diqqət yetirmiş və onları
qeydə almışdır. O, da Kardiner kimi xarakterdə əmələ gələn hər
hansı əlamətləri, sosializasiyanın xüsusiyyətləri ilə əlaqələndirirdi.
M.Midin Samoa adalarında apardığı tədqiqatlar yeniyetməlik
haqqında yeni elmi təsəvvürlərin yaranmasında mühüm rol oynadı.
O, sübut etdi ki, yeniyetməlik dövründə konfliktlərin əmələ
gəlməsinin mütləqliyi fikri əsassızdır. Samoa adasında uşağın
doğulduğu günə əhəmiyyət vermirlər və bu gün ailə üçün heç bir
mərasim əhəmiyyəti kəsb etmir. Ailədə uşaqların faktiki yaşına
yox, nisbi yaşına əhəmiyyət verirlər.Böyük bacı və qardaşın statusu
yüksək olur və onların balacaları cəzalandırmaq hüququ var.
Samoa adasında uşaqların tez-tez qohumgilə getmək mərasimi var.