ETNOPSİXOLOGİYA 91
istinad edir. Hər bir millət, xalq öz mühitindən kənarda olan
hadisələri qavrayarkən öz normalarını etalon kimi götürür ona
əsaslanaraq qavrayır və qiymətləndirir. Qavradıqlarını necə
qiymətləndirməsi isə həm də həmin xalqa olan münasibətdən
asılıdır. Amma, onu da bilmək lazımıdr ki, hər hansı xalqa aid
etdiyimiz milli xüsusiyyət müəyyən tarixi şəraitlə və mədəniyyətin
təsirinin nəticəsidir.
Etnosentrizmin mahiyyətində heç də başqa xalqlara düşmən
münasibət bəsləmək dayanmır. Onun mənfi istiqamət alması ölkədə
aparılan milli siyasətlə əlaqədardır. Etnosentrizm heç də millətçilik,
şövinizm demək deyildir. Etnosentrizm, müxtəlif millətlərin, sosial
qruplarının maraqları toqquşduğu halda isə millətçiliyə və
şövinizmə çevrilir. Etnosentrizmin milli ideologiya və psixologiya
alətinə çevrilməsi millətlərarası ünsiyyətin yaradılmasında ən əsas
əngələ çevrilir. Xalqın təfəkküründə başqa etnik qrupun obrazı hər
şeydən əvvəl həmin etnik qrupla olan qarşılıqlı münasibətin tarixi
xarakteri ilə müəyyən olunur. İki etnik qrup arasında qarşılıqlı
münasibət əməkdaşlıq və qarşılıqlı anlaşma şəraitində olduqda,
münasibət müsbət yönümlü olur və movcud fərqlərə tolerant
münasibət formalaşır. Etnik qruplar arasında həyati maraqlar bir-
birinə zidd gəlmirsə onda ustanovka maraq hiss ilə birləşir.(onlar
bizə oxşamırlar mənasında) Etnik qruplar arasında konflikt,
düşmənçilik olduğu halda isə vəziyyət tamamilə fərqli olur.
Etnosentrizm insanın onu əhatə edən gerçəkliyi, özünün aid olduğu
və etalon kimi götürdüyü etnik birliyin mövqeyindən
qiymətləndirməsi və qavraması meylidir. Etnosentrizmin ən ifrat
forması delegitimizasiyadır. Delegitimizasiya qrup və qrupların
superneqativ sosial ölçülərlə kateqoriyalaşdırılması deməkdir.
Etnofərqləndirici əlamətlər (dil, din, adət-ənənələr, zahiri
görkəm, musiqi, irq xüsisiyyətləri) delegitimizasiyanı asanlaşdırır.
Delegitimizasiyanın həyata keçirilməsində məqsəd həmin etnosa
qarşı, öz etnosunda nifrət hissinin aşlanılmasıdır. Delegitimizasiya,
nəticə etibarı ilə deindividualizasiya ilə nəticələnir. Buna nail
olmaqla düşmən etnosu ilə mübarizə aparmaq çox asan olur.