Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə90/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   86   87   88   89   90   91   92   93   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
94 
və s. Əsasən gərginlik dominant etnik birliklə azlıq təşkil edən 
etniklər arasında bəzən aşkar, bəzən isə gizli formada cərəyan edir. 
Bu cür gərginlik çox vaxt sosial konkurensiya (rəqabət) formasında 
təzahür edir. 
Etnik konfliktlər necə yaranır? Psixologiyada etnik 
konfliktlər dedikdə müəyyən milli qruplar arasındakı ziddiyyət 
başa düşülür (Ə.S.Bayramov). Mənafeləri uyğun gəlməyən və 
yaxud mənafeləri qəsdən toqquşdurulan milli qurumlar etnik 
əlamətə görə bir-biriilə konfliktə düşürlər. Konfliktin yaranmasında 
heç də hər iki tərəfi eyni dərəcədə günahlandırmaq olmaz. Etnik 
konfliktin mənbəyi rolunda aşağıdakı ziddiyyətlər çıxış edir: 
- sosial-siyasi ziddiyyətlər 
- iqtisadi problemlər 
- konfliktin yaranmasında marağı olan xarici, kənar qüvvələr 
- etnosda etnosentrizmin, şovinizmin və seperatizmin 
güclənməsi 
- millətçilik ideologiyasından qidalanan neqativ etnik 
stereotip və yönümlərin gücləndirilməsi. 
Psixologiyada etnoslarası münasibətləri tədqiq edərkən üç 
əsas problemə diqqət yetirilir: konfliktlər necə meydana gəlir, necə 
cərəyan edir və necə tənzimlənir? İngilis dilində səbəbi ifadə 
etmək üçün reason və causa sözlərindən istifadə olunur. Reason- 
konfliktli hərəkət nəyin naminə icra edilir, hərəkətin məqsədi 
deməkdir. Causa – isə qruplararası rəqabətə və ya düşmənçiliyə nə 
səbəb olmuşdur? Psixoloqların əksəriyyəti qruplararası konfliktin 
səbəbini (reason) maraqların toqquşmasında görməyi təklif edirlər. 
Psixoloqlar konfliktin (causa) səbəbi kimi isə aşağıdakı psixoloji 
xüsusiyyətləri qeyd edirlər. 
1.Qruplararası konflikt universal psixoloji xüsusiyyətin 
məhsuludur. U.Makduqqal qruplar arasında olan konflikti insanın 
təbiətində olan “dalaşqanlıq instinkti” ilə bağlı olduğunu qeyd edir. 
Bu cür yanaşma konfliktin hidravlik modeli adlanır. 
U.Makduqqala görə aqressivlik heç də kənar təsirlərlə şərtlənmir, o 
insanın təbiətində olan impulsdur. Konfliktin hidravlik modelinin 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin