Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə93/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   89   90   91   92   93   94   95   96   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
97 
üzvləri sosial rəqabətə daha çox meyl göstərirlər. Cəmiyyətdə 
ictimai mühitə nəzarət edən elitar qruplar isə öz statusuna kifayət 
qədər inamlı olduqları üçün, digər azlıqlara qarşı bilərəkdən sosial 
rəqabətə getmirlər.Bununla da onlar qarşı tərəfə pozitiv identik-
liklərindən “həzz almasına” imkan verir. Məsələn, ABŞ-ın ağ 
əhalisinin daha yüksək təbəqəsi irqi və etnik azlıqlara daha liberal 
sosial ustanovka nümayiş etdirirlər. Otra təbəqəyə məxsus olan 
ağlar isə daha dəqiq etnik inama malikdirlər. 
Bu cür yanaşmada məqsəd başqa qruplara, öz gözlərində 
yaxşı olmaq, görsənmək şansı verməklə, onların pozitiv sosial 
identikliyini təmin etməkdir.
Etnik konfliktlərin baş verməsi və gedişi prosesində eyni 
etnos üzvlərinin bir-birinə daha çox bənzəmələri, bir-birinə yaxın 
olması əks tərəfə qarşı nifrət hissini gücləndirir. Zahiri və daxili 
oxşarlığın artması, deindividualizasiya (fərdiyyətsizlik) ilə 
nəticələnir. Deindividualizasiyanın güclənməsi anonimliyə gətirib 
çıxarır ki. bu da düşmən tərəfə nifrət və aqressiyanı artırır. Hərbi 
geyim forması deindividualizasiyanı gücləndirir və bu da öz 
növbəsində döyüşən tərəflər arasında aqressiyanı, nifrəti, qisas və 
intiqam hissini gücləndirir. 
Bununla bərabər, əks etnosla fərqlər daha güclü qavranılır və 
“düşmən obrazı” formalaşdırılır. Etnik konflikt zamanı qrupdaxili 
differensasiya güclənir, “özümüzünkü” və “yad, düşmən olan” 
qarşılaşdırılması artır. Belə bir qarşılaşdırma konfliktdə qələbə 
çalmaq, daxili birlik yaratmaq, qrupun mübarizə əzmini artırmaq 
üçün zəruri olur. Yad qrupu neqativ qiymətləndirmə güclənir.
Belə bir şəraitdə düşmən haqında informasiyanın real, 
həqiqətə uyğun olmasına ehtiyac qalmır və ya əksinə bu cəhət 
xüsusi olaraq gücləndirilir. Nəticədə əks tərəf haqqında neqativ 
stereotip yaradılır. Böyük Vətən müharibəsi zamanı Xatun kəndinin 
yandırılması faşistlər haqqında sovet xalqında neqativ stereotipin 
yaradılmasına xidmət edirdi. Və yaxud Sumqayıt şəhərində 
ermənilərin öz həmyerlilərinin qiyamını təşkil etməsi və onu 
videolentə alaraq lazımi ölkələrdə təbliğ etməsi azərbaycanlılar 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin