Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə101/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   97   98   99   100   101   102   103   104   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
106 
olan ölkələrdə qətllərin sayı yüksəkdir. Başqa bir tədqiqata görə isə 
estoniyalı iştirakçılar öz aqressiv davranışını hansısa məqsədə 
çatmaq üçün bir vasitə kimi istifadə etmişdilər. Fin iştirakçıları isə 
söyləmişdilər ki, aqressiya onları sadəcə əyləndirirdi. Müəllifər 
belə bir qənaətə gəldilər ki, Finlandiyada aqressiya daha çox qeyri-
normal bir davranışdır, nəinki Estoniyada. 
Bond və onun əməkdaşları Hongkonqda və ABŞ-da aqressiv 
təhqir və tənqidi öyrənmişdilər. Müəlliflər güman etmişdilər ki, 
Hongkonqda aqressiv təhqirlər və xüsusilə rəhbərin öz əməkdaşını 
təhqir etməsi aqressiv davranış kimi qəbul olunmur. Çünki, bu 
mədəniyyətdə hakimiyyət məsafəsi daha yüksəkdir, nəinki ABŞ-da. 
Deməli status və hakimiyyət bərabər olmayanda aqressiv davranış 
daha münasib olacaq. Nəticələr göstərir ki, çinlilər bu cür təhqirləri 
qanunauyğun hesab etmişdilər. 
Aqressiyadakı mədəniyyət fərqləri təkcə müxtəlif ölkələrdə 
deyil, həm də bir ölkə daxilində də mövcud ola bilər. Bir tədqiqatda 
ABŞ-nın Şimali və Cənub ştatlarında doğulan ağ dərili kişilərin 
aqressivliyi müqayisə olunmuşdur. Eksperimentatorun köməkçisi 
iştirakçıları təhqir edirdi və onların reaksiyaları kameraya yazılırdı. 
Şimal ştatlarından olan kişilər təhqirə heç bir reaksiya vermirdilər. 
Cənub ştatlarından olan kişilər isə əksinə, təhqiri öz şərəflərinə bir 
təhlükə kimi qəbul edirdilər. Onlar həm fiziki, həm də koqnitiv 
olaraq aqressiyaya hazır idilər və aqressiv davranışa tez-tez 
keçirdilər. Müəlliflər bunu Cənub mədəniyyətindəki “namus” 
anlayışının olması ilə izah edirdilər. Buna görə də onlar daha çox 
aqressiv davranışa hazır idilər. 
Digər tədqiqatlar göstərir ki, qruplar daha çox aqressiv 
olurlar, nəinki ayrı-ayrı fərdlər. Qrupda insanlar daha çox özlərinə 
güvənirlər və öz aqressiyalarını gizlətmirlər. Əgər qrupda mədəni 
normalar aqressiya üçün şərait yaradırsa bu halda aqressiv davranış 
təzahürləri mümkündür. Yox, əgər qrupdakı mədəniyyət normaları 
aqressiya üçün şərait yaratmırsa, insanların davranışı daha təmkinli 
olacaq. 
Aqressiyanın təzahüründə mədəni fərqlər artıq uşaqlıq 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin