Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə104/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   100   101   102   103   104   105   106   107   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
109 
üzərində hökmranlığı, təbiətə tabe olması, təbiətlə harmoniyada 
yaşaması dərəcəsi.
“Mədəniyyət ölçüləri” müxtəlif çoxsaylı elementləri əhatə 
edir, cəmiyyəti və fərdin davranışını tənzimləyir. Lakin, bütün 
hallarda ənənələrin elementləri dəyərlər, normalar, adətlər 
strukturun mərkəzi elementləri kimi təhlil olunmalıdır. Triandis 
bunları “mədəniyyət sindromları” adlandırmışdır. Məs, 
individualizmin mədəniyyət sindromu kimi mədəniyyətin ayrıca 
fərdə yönəlməsidir, kollektivizmin isə mədəniyyət sindromu hər 
hansı bir kollektivə (ailə, etnos, dini qrup və s.) yönəlməsidir. 
Bir çox mühüm tədqiqatçıların fikrincə (Triandis, Berri) 
mədəniyyətin kollektivə və ya şəxsiyyətə yönəlməsində ən mühüm 
fərqlər əks etdirilir. 
İndividualizm və kollektivizm. Sosial psixoloqlar bu 
mövzuyla son zamanlar maraqlanmışlar, lakin antropologiyada, 
sosiologiyada və ümumi psixologiyada bu mövzuya çox ciddi 
tədqiqatlar həsr olunmuşdur. Ameriakn psixoloqu C.Brunerə görə 
idraki inkişafa iki əsas mədəni faktorlar təsir göstərir dəyərlərin ya 
kollektivə və ya fərdə yönəlməsidir. Brunerə görə, individualist 
yönəlmə daha çox müasir mədəniyyətlər, kollektivist yönəlmə isə 
ənənəvi mədəniyyətlər üçün xarakterikdir. Bu mədəniyyətlərdə 
şəxsiyyətin subyektivliyi tətbiq olunmur, əksinə insanın və 
dünyanın birliyi, reallığı ideyası əsasdır. İnsanın mühit üzərində 
hökmranlığın olmamasını Bruner kollektivist yönəlməsi ilə 
əlaqələndirirdi, çünki ənənəvi cəmiyyətdə fərd mühitin şərtlərinə 
təsir etmək imkanlarına malik deyil. O özünü fiziki reallığdan və 
başqa fərdlərdən daha az ayırır. 
Amerikalı tədqiqatçı individualist və kollektivist yönəlməsini 
formalaşdıran faktor kimi uşaqların erkən hərəkətlərini böyüklər 
tərəfindən şərhini əsas tuturdu. Məs, Seneqaldakı uolof tayfasında 
olan balaca uşaqların hərəki fəallığı özü - özlüyündə izah olunmur. 
Yalnız tayfanın üzvlərinə münasibəti bildirən nişan kimi izah 
olunurdu. Brunerin fikrincə, hərəki aktların sosial şərhi uolof 
uşaqlarının gələcəkdə özünü daha çox qrupla eyniləşdirmə 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin