ETNOPSİXOLOGİYA 110
etməsinə səbəb olacaq və onlar fiziki, sosial hadisələri az
fərqləndirəcəklər.
İndividualist mədəniyyətlərdə isə uşağın diqqəti fiziki
aktivliyin digər tərəfinə yönəldilir. Onun hərəkətləri hərəki aktların
uğurlu nöqteyi-nəzərindən şərh olunur, digər insanlar isə bu
aktların reallaşması üçün əhəmiyyətsiz olurlar.
İndividualizm/kollektivizm dixotomiyası bir çox digər
tədqiqatçıları da maraqlandırmışdır. Amerikalı antropoloq Hsyu
amerikalıları və çinliləri müqayisə etmişdir. Onun fikrincə,
amerikalıların bütün həyat tərzi ayrıca fərddə mərkəzləşdirilib,
çinlilərin isə həyat tərzi daha çox situasiyalarda mərkəzləşdirilib.
Kollektivizm və individualizm mövzusunu Hofstedenin
apardığı mühüm empirik tədqiqatlar zənginləşdirmişdir. O, öz
tədqiqatlarını 50 ölkədə aparmış və nəticədə ən çox individualizmi
ABŞ, Avstraliya, Böyük Britaniya vətəndaşları, ən az isə -
Pakistan, Kolumbiya, Venesuela vətəndaşları nümayiş etdirmişlər.
İndividualizmin əsas mənası odur ki, insan ictimai
məqsədlərə deyil, öz şəxsi məqsədlərə müvafiq olaraq qərarlar
qəbul edir və hərəkət edir. İndividualist mədəniyyətlərdə “Mən”
müstəqil, qrupdan kənar da yaşaya bilən bir vahid kimi
müəyyənləşdirilir, fərdləri isə sosial qavrayışın əsas vahidləri kimi
qavrayırlar. İndividualistlər nuklear ailədən başqa bir çox qrupların
üzvüdürlər. Onlar ailə üzvləri ilə az identifikasiya olurlar və
onlardan o qədər də asılı olmurlar. Qruplar fərdlərin davranışlarına
az təsir göstərirlər. Hətta valideynlər uşaqlarının dostların, işin,
yaşayış yerinin seçilməsinə az təsir edirlər. Qrup daxilində
mübahisə və münaqişələr münasib hesab olunur. Emosional olaraq
individualistlər özlərini başqalarından ayırırlar və təkliyə
meyllidirlər.
İndividualist mədəniyyətin əsas dəyərləri əməllərində
azadlıq, mülahizələrdə müstəqillik, əhatə üzərində hökmranlıq
fərdə özünü hər bir mühitdə və ya təklikdə komfortlu hiss etməyə,
başqalarından fərqlənməyə və müstəqil olmağa imkan verir.
İndividualist mədəniyyətlərdə davranış daha çox sosial