ETNOPSİXOLOGİYA 113
nə dərəcədə öyrənmə prosesinin nəticəsidir? Bu günə qədər
toplanmış sübutlar dilə yiyələnmə prosesinin bəzi aspektlərinin
anadangəlmə, bəzilərin isə öyrənmə ilə bağlı olduğunu zənn
etməyə imkan verir. Biz öz dilimizdə danışmağa necə öyrənirik?
Bir çox mədəniyyətlərdə yayılmış mifə görə uşaqlar öz ana dilinə
ətrafda eşidilən səsləri imitasiya edərkən (təkrar edərkən)
yiyələnirlər. İndi məlum olub ki, imitasiya ana dilinə yiyələnmə
prosesində heç də əsas strategiya deyil.
Cin Berkonun eksperimentləri: fərziyyələrin yaradılması və
yoxlanılması
1950-ci ildə keçirilən eksperimentlərdə məlum olub ki,
uşaqlar təkcə eşitdiklərini imitasiya etmirlər, həm də dilə aid
müxtəlif fərziyyələr yaradırlar və yoxlayırlar. Cin Berko amerikalı
uşaqlara xəyali bir varlığın şəklini göstərib və uşaqlara deyib ki,
“bu wag”dır. Sonra tədqiqatçı uşaqlara iki “wag”ın şəklini göstərib
və uşaqlardan şəkildə nə gördüklərini soruşub. Uşaqların
əksəriyyəti burada iki “wag”s var söyləyiblər. “wag”s sözü ingilis
sözü deyil və uşaqlar bu sözü əvvəllər eşidə bilməzdilər. Deməli,
yeni olan “wag”s sözünü onlar imitasiya vasitəsilə yarada
bilməzdilər. “wag”s sözünü cavab vermək üçün uşaqlar əvvəl
ingilis dilinin qrammatikası ilə tanış olmalıydılar.
Uşaqlar eşitdiklərini sadəcə imitasiya etmirlər, onlar dilə aid
fərziyyələr yaradırlar və yoxlayırlar. Görünün bütün dünyada
uşaqlar öz ana dilində danışmağa bu universal strategiyadan
istifadə etməklə öyrənirlər.
Müxtəlif mədəniyyətlərdə dilə yiyələnmə haqqında təsəvvürlər Müxtəlif mədəniyyətlərdə uşaqların dilə yiyələnməsi barədə
müxtəlif fikirlər var. Məs, Yeni Qvineyada kauli qəbiləsi hesab edir
ki, uşaqların həm danışıq dilinin formalarına, həm də ünsiyyət
vərdişlərinin yiyələnməsində əsaslı rəhbərlik etmək lazımdır. Onlar
əmindirlər ki, uşaqlar özləri dilə və ünsiyyət vərdişlərinə yiyələnə
bilməzlər. Kaulilər öz uşaqlarını düzgün ünsiyyət qurmağa
öyrədirlər. Samoa adanın böyükləri isə hesab edirlər ki, uşaqlar