ETNOPSİXOLOGİYA 121
açıqlayan bilik, ideya, fikir, anlayış və emosiyalardır.
Kanallar müxtəlif sensor modallığlardır. Bu modallıqların
vasitəsilə siqnallar ötürülür və açıqlanır. Ən geniş yayılmış
kommunikasiya kanalları vizual (üzün ifadəsi, bədənin pozaları) və
audial (sözlər, səsin intonasiya) kanallardır.
Mədəniyyətlərarası kommunikasiya prosesi mədəniyyətdaxili
kommunikasiya prosesində yaranmayan bir çox müxtəlif əlavə
psixoloji problemlərlə bağlıdır. Bunlardan əsası qeyri-müəyyənlik,
konflikt və kontekstdir.
Mədəniyyətlərarası kommunikasiya və qeyri-müəyyənlik. Kommunikasiya proseslərin bütün aspektlərinə mədəniyyətin geniş
və dərin təsirini nəzərə alaraq, müxtəlif mədəniyyətin nümayən-
dələrinin istifadə etdiyi qaydalar eynidir. Qeyri-müəyyənlik həm
verbal, həm də qeyri-verbal davranışa, həm kodlaşma, həm də
dekodlaşma proseslərinə aiddir.
Mədəniyyətlərarası kommunikasiyanı
mədəniyyətdaxili
kommunikasiyadan fərqləndirən əsas xarakteristikalarından biri
qarşılıqlı əlaqəni (interaksiya) həyata keçirən əsas qaydaların qeyri-
müəyyənliliyi və ikimənalılığıdır. Mədəniyyətlərarası interaksiya
iştirakçıları ünsiyyət zamanı çox vaxt başqaları üçün doğma
olmayan verbal dildən istifadə edirlər. Buna görə də sözlərin
mənasında qeyri-müəyyənlik yaranır. Qeyri-müəyyənlik qeyri-
verbal kanalların mədəni fərqliliyi daha da gücləndirir. Şapiro öz
tədqiqatlarında müəyyənləşdirmişdir ki, tələbələr mədəniyyətdaxili
epizodları kommunikativ keyfiyyətinə və pozitiv gözləmələrə görə
yüksək qiymətləndirirdilər, nəinki mədəniyyətlərarası kommuni-
kasiyanın epizodlarını. Mədəniyyətlərarası kommunikasiya
epizodlarını isə həyəcan, qeyri-müəyyənliyə görə daha yüksək
qiymətləndirirdilər. Eyni ilə etnikdaxili görüşləri keyfiyyət və
məmnunluğa görə yüksək qiymətləndirmişdilər, etnoslararası
görüşləri isə həyəcan və qeyri-müəyyənliliyə görə yüksək qiymət
vermişdilər. Bu nəticələr göstərir ki, mədəniyyətlərarası kommu-
nikasiyanın qeyri-müəyyənlik dərəcəsi daha yüksəkdir.