ETNOPSİXOLOGİYA 118
Zəif tərəfi isə təfəkkürdə olan fərqlər yalnız dil ilə bağlı deyil.
Ervin fransız və ingilis dilini bilən fərdlərin reaksiyalarını
müqayisə etmişdir. Onlara müəyyən şəkillər göstərilmişdir və bu
şəkillərə əsasən hekayə fikirləşib danışmalıydılar. Əvvəlcə ingilis
dilində, sonra isə fransız dilində. Ervin söyləyir ki, iştirakçılar
fransız dilində danışarkən daha çox aqressiya, avtonomiya və
bağlılıq nümayiş edirdirlər nəinki ingilis dilində. Ervin bu fərqləri
fransız mədəniyyətində olan fərqlərlə bağlıyırdı. Və yaxud çin və
ingilis dilini bilən bir immiqrantı götürək. O, monodilli çin
mühitində böyüyüb və 8 yaşı olanda ingilis dilini Amerikaya
köçəndə öyrənib. İndi onun 20 yaşı var, o tələbədir və valideynləri
ilə yaşayır. Evdə yalnız çin dilində danışır, kollecdə və dostları ilə
ingilis dilində. Sepir-Uorf fərziyyəsinə görə, evdə çin dilində
danışanda o özünü çin mədəni normalarına müvafiq aparacaq.
İngilis dilinə danışanda isə onun davranışı daha çox amerika
normalarına uyğun olacaq. Uorf nöqteyi-nəzərincə, dillə bağlı olan
davranışdakı fərqlər çin və ingilis dillərinin praqmatikasının
müxtəlif sistemləri ilə izah etmək olardı. Lakin, bunu izah edən
daha iki mexanizm mövcuddur: mədəniyyətə qoşulma fərziyyəsi və
azlığa qoşulma fərziyyəsi.
Mədəniyyətə qoşulma fərziyyəsinə görə ikidilli immiqrantlar
indiki anda ünsiyyət zamanı istifadə etdikləri dilə uyğun
mədəniyyət dəyərləri və əqidəni qəbul edirlər. Başqa dilə keçdikləri
zaman onlar eyni zamanda başqa mədəni dəyərlərinə keçirlər.
Azlığa qoşulma fərziyyəsinə görə ikidilli immiqrantlar
özlərini etnik azlığların üzvləri kimi identifikasiya edirlər və
çoxluğun mədəniyyət stereotiplərini qəbul edirlər.
Xarici dilin effekti. İkidilli fərdlər qeyri-linqvistik
tapşırıqlarını yerinə yetirərkən düşünmə zamanı çətinliklər çəkirlər.
Bu çətinliklər xarici dil effekti kimi məşhurdur. İnsanlar xarici
dildən istifadə edəndə onların düşünmə qabiliyyətinin
müvəffəqiyyəti aşağı düşür. Ana dili və xarici dil arasında fərqlər
daha çox olanda xarici dil effekti daha güclü özünü göstərir. Məs.,
xarici dil effekti daha güclü yaponlarda müşahidə olunur, çünki