ETNOPSİXOLOGİYA 126
4. Qəbul etmə. Bu mərhələdə mədəni fərqləri nəinki qəbul
edirlər, hətta onlara hörmətlə yanaşırlar. Hörmət özünü iki
səviyyədə göstərir: müxtəlif davranışlarda və mədəni dəyərlər
səviyyəsində.
5. Adaptasiya. Bu mərhələdə insanlar müxtəlif mədəni fərqlərə
uyğunlaşırlar və digər mədəniyyət nümayəndələri ilə əlaqə
yaratmaq və ünsiyyət saxlamaq üçün vərdişlər əldə edirlər. Bu
vərdişlərdən biri empatiyadır, yəni digər insanın keçirdiyi emosiya
və hisslərini başa düşmək qabiliyyətidir. Başqa mədəniyyətlərdən
olan insanlarla əlaqə yaratdıqda biz bu fərqlərə uyğunlaşırıq.
İnsanlar situasiyaları təkcə koqnitiv olaraq başa düşmürlər,
həmçinin də bu situasiyaları hiss edə bilirlər. İkinci vərdiş
plyuralizm (çoxluq) anlayışıdır. İnsanlar fikrən dəyərlər, fikir,
ideya və yönəlişlikləri anlamaq üçün çoxlu mədəni kontekstlər
yaradırlar.
6. İnteqrasiya. Bu mərhələdə insanlar müxtəlif mədəni fərqləri
kontekst nöqteyi-nəzərincə qiymətləndirməyə başlayırlar. Fərqlər
tək bir mədəni mövqedən deyil, kontekst və çoxluluq əsasında da
qiymətləndirilir. Bu mərhələ konstruktiv kənarlaşdırmaya gətirib
çıxara bilər və fərdlər müxtəlif mədəni sistemlər daxilində fikrən
yaşaya bilirlər.
4.5. Mədəniyyətlərarası adaptasiyanın xüsusiyyətləri Müxtəlif ölkə və millətlərin arasında vasitəsiz əlaqələrin
yaradılması onların arasında daha asan və etibarlı münasibətlərə
gətirib çıxarar. Bütün miqrantlar yerli əhali ilə qarşılıqlı
münasibətlərdə olanda çətinliklərlə rastlaşırlar. Həmin ölkənin
adətləri qəribə, ölkə isə sirli gəlir. Bəzən şəxsiyyətlərarası
ünsiyyətin çoxalması stereotiplərin daha da güclənməsinə də gətirə
bilər. Ona görə müxtəlif ölkə və xalqlar arasında daha etibarlı
ünsiyyətin hansı şərtlərlə qurmasını təyin etmək vacibdir.
Tədqiqatçılar müxtəlif mədəniyyət və etnoslarının
nümayəndələrinin qarşılıqlı əlaqələrinin əlverişli olması üçün bir