Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə123/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   119   120   121   122   123   124   125   126   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
128 
fikrincə, yeni mədəniyyətə daxil olma xoşagəlməz hisslərlə 
müşayiət olunur dostların və statusun itirilməsi, rədd edilmə, 
mədəniyyətlərarası fərqləri dərk etmə zamanı narahatlıq və təəccüb, 
dəyərlərdə, eləcə də sosial və şəxsi identifikasiyada qarışıqlıq. 
Mədəniyyət sarsıntısının simptomları çox müxtəlifdir: qida, 
suyun keyfiyyəti, qabların, yataq dəstlərinin təmizliyi barədə daimi 
narahatçılıq, başqa insanlarla fiziki kontaktların qorxusu, ümumi 
narahatçılıq, alkoqol və narkotiklərə aludə, psixosomatik 
xəstəliklər, depressiya və intihar cəhdləri. Situasiya üzərində 
kontrolu itirmək hissi, şəxsi səriştəsizlik və ümidlərin 
doğrulmaması, yerləşdikləri ölkənin nümayəndələrinə qarşı qəzəb, 
aqressiya, düşmənçilik hisslərində ifadə oluna bilər.
Çox vaxt “mədəni şok” neqativ nəticələrlə müşahidə olunur, 
lakin onun pozitiv tərəfi də var. Bəzən mədəniyyət sarsıntısı 
nəticəsində fərdlərdə yaranan ilkin narahatlıq yeni dəyərlər və 
davranış modellərinin qəbuluna gətirib çıxarır. Bu isə şəxsi inkişaf 
və şəxsi artım üçün cox vacibdir. Bundan çıxış edərək kanada 
psixoloqu Berri “mədəni şok” əvəzinə “akkulturasiya stressi” 
anlayışını təklif etmişdir, çünki “şok” sözü neqativ təcrübə ilə 
assosiasiya olunur. Mədəniyyətlərarası əlaqələr nəticəsində isə 
müsbət təcrübə də əldə olunur, problemlərin qiymətləndirilməsi və 
aradan qaldırılması. 
Triandis adaptasiya prosesinin 5 mərhələsini qeyd edir: 
I mərhələ. “Bal ayı” ruh yüksəkliyi, yüksək əhval-ruhiyyə, 
böyük ümidlərlə xarakterizə olunur. Doğrudanda, çoxlarını xaricdə 
gözləyirlər (tələbələri, iş adamlarını, qohumları). Onları qəbul 
edənlər çalışırlar ki, onlar özlərini evdəki kimi hiss etsinlər, hətta 
müəyyən güzəştlərə gedirlər. Lakin, bu mərhələ tez keçir. 
II mərhələ. Bu mərhələdə tanış olmayan mühit artıq öz 
neqativ təsirini göstərməyə başlayır. Xarici şəraitdən başqa yeni 
mədəniyyətdə insana psixoloji faktorlar da təsir edir: yerli 
sakinlərlə qarşılıqlı anlaşılmazlıq hissi və onlar tərəfindən rədd 
edilmə. Bunlar hamısı frustrasiya, depressiya, ümidsizlik, özünü 
itirmə kimi emosiyaların yaranmasına gətirib çıxarır. Bu mərhələdə 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin