ETNOPSİXOLOGİYA 124
həmçinin mədəniyyətlərarası kommunikasiyaya güclü neqativ təsir
edir. Stress və həyacan mədəniyyətlərarası maneələri daha da
gücləndirə bilər. Belə ki, insanlar kəskin interpretasiyalara,
stereotiplərə arxalanaraq obyektiv sübutlara fikir vermirlər və
digərlərini neqativ qiymətləndirirlər.
Mədəniyyətlərarası kommunikativ səriştəlilik. Mədəniy-
yətlərarası kommunikativ səriştəlilik mədəniyyətlərarası kontekstdə
effektiv kommunikasiya həyata keçirə bilmək qabiliyyəti başa
düşülür. Son zamanlar tədqiqatçılar mədəniyyətlərarası kom-
munikativ səriştəliliklə bağlı müxtəlif faktorları misal gətiriblər.
Şpicberqer bu faktorları özündə birləşdirən üç komponentli modeli
işləyib hazırlamışdır.
- Fərdi sistem- mədəniyyətlərarası kommunikasiyanı
asanlaşdıran fərdlərin xüsusiyyətləri daxil edilmişdir.
- Epizodik sistem- səriştəliliyin qarşılıqlı təyinatlarına təsir
edən interaksiya iştirakçılarının xüsusiyyətləri daxil edilmişdir.
- Nisbi sistem- mədəniyyətlərarası kommunikasiya səriş-
təliliyin vərdişlərini müxtəlif situasiyalarda və kontekstlərdə
istifadə etmək xüsusiyyətləri daxil edilmişdir.
Qudikunst oxşar lakin bir az fərqli üç əsas komponentli bir
modeli təklif etmişdir. Bu modelin əsas komponentləri bunlardır:
motivasiya, biliklər və vərdişlər faktoru.
Motivasiya faktorlarına daxildir interaksiya iştirakçılarının
tələbatları, təsəvvürləri, yeni informasiya üçün açıq olması və s.
Biliklər faktorlarına daxildir gözləmələr, ümumi informasiya
kanalları, alternativ interpretasiya bilikləri, oxşarlıq və fərqliliyi
bilmək və s.
Vərdiş faktorlarına daxildir empatiya göstərmək qabiliyyəti,
çoxmənalılığa tolerant olmaq, yeni kateqoriyalar yaratmaq,
davranışı dəyişmək və lazımi informasiyanı əldə etmək.
Bu üç faktorlar interaksiya iştirakçılarının qeyri-müəyyənlik
və keçirdikləri stress və həyəcan dərəcəsinə təsir edir. Eyni
zamanda bu faktorlar interaksiya iştirakşıların kommunikasiya
epizodlarına nə dərəcədə düşünərək yanaşmalarına təsir edir, yəni