Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə118/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   114   115   116   117   118   119   120   121   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
123 
üstünlük verilir. Aşağı kontekstli mədəniyyətlər öz mövqeyini 
verbal dildə 
dəqiq ifadə etmək qabiliyyətinə 
əsasən 
rəğbətləndirirlər. Belə mədəniyyətlərdə verbal vərdişlər daha çox 
qiymətləndirilir. 
Effektiv mədəniyyətlərarası kommunikasiyanı çətinləşdirən 
maneələr. Varna mədəniyyətlərarası kommunikasiyanı çətinləş-
dirən 6 maneəni açıqlayıb: 
1. 
Oxşarlıqların ehtimalı. Mədəniyyətlərarası kommu-
nikasiya zamanı anlaşılmazlığın səbəblərindən biri insanların 
hamısının eyni olması və yaxud bir-biri ilə asan ünsiyyətə girmək 
üçün bir-birlərinə oxşamaları fikridir. Təbii ki, insanlara bioloji və 
sosial tələbatlarında əsas oxşarlıqlar xasdır.
2. 
Dil fərqləri. İnsanlar mükəmməl bilmədikləri dildə 
ünsiyyət yaratdıqda güman edirlər ki, söz, fraza, cümlə onların 
çatdırmaq istədikləri mənada çatdırılır. 
3. 
Səhv qeyri-verbal interpretasiya. Hər hansı bir 
mədəniyyətdə qeyri-verbal davranış kommunikasiya məlumat-
larının böyük bir hissəsini təşkil edir. Və yad bir mədəniyyətin 
qeyri-verbal dilini düzgün başa düşmək çox çətindir. Qeyri-verbal 
davranışın səhv interpretasiyası asanlıqla konfliktlərə gətirib 
çıxarır. Bu isə kommunikasiya prosesini pozur. 
4. 
Qabaqcadan əmələ gəlmiş yanlış fikir və 
stereotiplər. Stereotiplər də kommunikasiya proseslərə və bizim 
qavrayışımıza təsir edən təbii və qaçınılmaz psixoloji proseslərdən 
biridir. Stereotiplər bir çox psixoloji proseslərə arxalanır. 
Stereotiplərə gərəksiz istinad başqa insanları və onların verdiyi 
məlumatları obyektiv qiymətləndirməkdə maneçilik törədə bilər. 
5. 
Qiymətləndirmək meyli. Mədəni dəyərlərə də 
müxtəlif neqativ qiymətlər verilə bilər. Bu effektiv 
mədəniyyətlərarası kommunikasiyaya maneə ola bilər. 
6. 
Güclü həyəcan və ya gərginlik. Mədəniyyətlərarası 
kommunikasiya epizodları çox vaxt güclü həyəcan və ya 
gərginliklərlə bağlı olur. Lakin, həddən artıq həyəcanlanma 
disfunksional fikri proseslərə və davranışa gətirib çıxara bilər. Bu 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin