Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə120/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   116   117   118   119   120   121   122   123   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
125 
insanlar nə dərəcədə özlərinin və başqalarının davranışlarını təhlil 
edə bilirlər. Bu modelə görə, düşünərək yanaşdıqda qeyri-
müəyyənlik və həyəcan azalır. Nəticədə effektiv kommunikasiya 
yaranır. 
Mədəniyyətlərarası 
həssaslıq (sensitivlik). 
İnsanların 
mədəniyyətlərarası kommunikativ səriştəliliyi artıqca onlar qlobal 
və mədəni münasibətlərlə bir-biri ilə daha sıx bağlı olurlar. 
Bennet ilk dəfə olaraq mədəniyyətlərarası sensitivlik 
modelini hazırlamışdır. Bennet bu modeli mədəniyyətlərarası 
sensitivliyin inkişafının əsasını təşkil edən mədəni fərqləri qəbul 
edə bilən reallığın bir konstruksiya kimi başa düşürdü. Mədə-
niyyətlərarası sensitivlik etnosentrizm və etnorelyativizm 
çoxluğunda yerləşir. Bu modelə əsaslanaraq insanlar müxtəlif 
mədəni fərqləri tam inkar edə bilər və ya bu fərqləri tanıyıb 
qiymətləndirə bilərlər. 
Mədəniyyətlərarası sensitivlik modeli 6 mərhələdən ibarətdir. 
Birinci üç mərhələ inkişafın etnosentrizm mərhələləridir, qalan üç 
mərhələ isə etnorelyativist mərhələlərdir. 
1. İnkar etmə. Ən primitiv etnosentrik mərhələ mədəni 
fərqliliyi inkar etməkdən başlayır. İnsanlar bu mərhələdə özlərini 
digər mədəni qruplardan fiziki və ya psixoloji cəhətdən təcrid edə 
bilərlər. 
2. Müdafiə. Bu mərhələdə artıq insanlar mədəni fərqlərin 
olmasını təsdiq edirlər amma özlərini bu fərqlərdən qoruyurlar, 
çünki bu fərqləri onların “Mən” konsepsiyasına bir təhlükə kimi 
qavrayırlar. Bir çox insanlar bu mərhələdə özlərini qorumaq üçün 
başqa mədəniyyətin nümayəndələrini ləkələyə, alçalda bilirlər. Və 
öz mədəniyyət qrupuna verdiyi qiymət başqalarına verdiyi 
qiymətdən çox yüksək olur. 
3. Kiçiltmə. Bu mərhələdə insanlar mədəni fərqliliyi qəbul 
edirlər, lakin eyni zamanda bu fərqlərin onların həyatına təsirini 
azaldırlar. Ən geniş yayılmış üsul bütün mədəni fərqlərin 
“universallaşması” (məs, “bütün insanlar eynidir, bir-birinə 
oxşayır, və bu fərqlərə görə niyə narahat olmalıyam ki?”) üsuludur. 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin