Microsoft Word etno kitab son srift 12


Mədəniyyətlərarası kommunikasiya və konflikt. Mədəniy- ETNOPSİXOLOGİYA



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə117/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   113   114   115   116   117   118   119   120   ...   338
ETNOPSIXOLOGIYA

 Mədəniyyətlərarası kommunikasiya və konflikt. Mədəniy-


ETNOPSİXOLOGİYA 
122 
yətlərarası kommunikasiya prosesində konflikt və anlaşılmazlıq 
qaçılmazdır. Mədəniyyətlərarası görüşlər zamanı insanların dav-
ranışları onların gözləmələrinə uyğun olmur. Çox vaxt belə 
davranış insanın dəyərlər və əxlaq sisteminə qəsd kimi başa dü-
şülür. Bu neqativ emosiyalar yaradır, insanın “Mən” konsepsi-
yasını zəiflədir. İnteraksiya iştirakçıları siqnalları eynimənalı 
ötürüb və qəbul edə bilmədiklərinə görə mədəniyyətlərarası 
kommunikasiya epizodları onlarda frustrasiya və səbrsizlik hissi 
əmələ gəlir. Belə situasiyalarda insanlar asanlıqla özlərindən çıxa 
bilərlər, kefləri tez pozula bilər, interaksiyalara maraqları itə bilər. 
Əlbəttə ki, bu qeyri-müəyyənlik kommunikasiya prosesində 
konfliktə səbəb olur. 
Mədəniyyətlərarası kommunikasiya və kontekst. Mədəniy-
yətlərarası kommunikasiya ilə bağlı ən vacib mədəni parametrlər-
dən biri də kontekstdir. Bu parametri ilk dəfə Holl 
müəyyənləşdirmişdir. 
Yüksək kontekstli və aşağı kontekstli kommunikasiya. Yüksək 
kontekstli kommunikasiyada informasiyanın çoxu fiziki kontekstdə 
mövcuddur, kodlaşdırılan və ötürülən hissələrində informasiya çoz 
az olur. Aşağı kontekstli kommunikasiya informasiyanın çoxu 
məhz kodlaşdırılan və ötürülən hissəsində mövcuddur. Holla görə 
amerikan, alman, skandinav və isveç mədəniyyətləri aşağı 
kontekstlidir. Asiya mədəniyyətləri isə yüksək kontekstlidir. 
Yüksək kontekstli mədəniyyətlər fikir və məlumatların 
ötürülməsi zamanı danışıq dilindən az istifadə edirlər. 
İnformasiyanın mühüm hissəsi kontekstin parametrləri ilə təsvir 
olunur fiziki mühit, interaksiya iştirakçıları arasında status 
münasibətləri, əvvəlki diskussiya, interaksiya iştirakçılarının 
məqsədləri və s. Yapon dilində “səssiz” kommunikasiya anlayışı 
var. Bu kommunikasiyanı yaponlar yüksək qiymətləndirirlər. Eyni 
ilə Koreya mədəniyyətində kommunikasiyanın belə bir növünü 
kommunikasiyanın ən ali forması hesab edirlər.
Aşağı kontekstli mədəniyyətlərdə isə fikir və məlumatların 
ötürülməsi zamanı daha çox dəqiq, aydın deyilmiş danışıq dilinə 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin