Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə125/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   121   122   123   124   125   126   127   128   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
130 
uşaqlar daha tez və uğurla uyğunlaşırlar, məktəblilər üçün isə bu 
proses çətinləşir, çünki sinifdə xarici görünüş, dil, ədaları, hətta 
fikirləri ilə öz yoldaşlarına oxşamalıdırlar. Mədəni mühitin 
dəyişilməsi yaşlı insanlar üçün ən ağır bir sınaq olur. Bir çox 
psixoterapevt və həkimlərin fikrincə, yaşlı mühacirlər yad 
mədəniyyətə tamamilə uyğunlaşa bilmirlər. 
Kişilərə nisbətən qadınlar adaptasiya prosesində daha çox 
problemlərlə üzləşirlər.
Adaptasiyanın uğurlu olmasına təhsil də öz təsirini göstərir: 
nə qədər ki təhsil alidir, o qədər də “mədəni şokun” simptomları az 
olacaq. Demək olar ki, yüksək intellektual və alitəhsilli cavanlar 
daha uğurla adaptasiya olunurlar. 
2. Fərdin həyat təcrübəsi. 
Miqrantların dəyişikliyə hazırlığı da çox böyük rol oynayır. 
Əgər onlarda adaptasiyaya motivasiya varsa bir çox hallarda onlar 
dəyişikliklərə daha həssas olacaqlar (məs., xaricdə oxuyan 
tələbələrin məqsədi diplom almaq və vətənə döndükdə yüksək 
prestijli işə düzəlmək. Bu məqsədə görə onlar müxtəlif çətinliklərə 
dözə bilirlər). 
Hər hansı bir ölkənin tarixi, mədəniyyəti, həyat, yaşam tərzi 
ilə ilkin tanışlıq da adaptasiya prosesinə təsir göstərir. Uğurlu 
adaptasiyanın ilk addımı ölkənin dilini bilməkdir. Bu əlacsızlıq və 
asılılıq hissini azaldır və ölkə “sahiblərinin” hörmətini qazandırır. 
Adaptasiya prosesinin uğurlu keçməsinə təsir edən ən vacib 
faktorlarından biri də yerli sakinlərlə dostluq əlaqələrin 
yaradılmasıdır. Yerli sakinlər arasında çoxlu dostları olan insanlar 
daha çox informasiya əldə etmiş olurlar. 
Adaptasiya prosesinə təsir edən qrup faktorları içərisində 
qarşılıqlı əlaqədə olan mədəniyyətlərin xüsusiyyətlərini qeyd etmək 
lazımdır:
1. Mədəniyyətlərarası oxşarlıq və fərqlər dərəcəsi. 
Çoxsaylı tədqiqatların nəticələri göstərir ki, mədəniyyət 
sarsıntısının təzahür dərəcəsi mədəni distansiya (məsafə) ilə 
əlaqəlidir. Yəni nə qədər ki yeni mədəniyyət öz doğma 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin