ETNOPSİXOLOGİYA 129
insan reallıqdan qaçmaq istəyir və daha çox öz yerliləri ilə ünsiyyət
saxlayaraq öz təəssüratlarını onlarla bölüşür.
III mərhələ. Bu mərhələdə “mədəni şokun” simptomları kritik
nöqtəyə çata bilər, bu da müxtəlif xəstəliklər və tam çarəsizlik
hissində ifadə olunur. Yeni mühitə uğurla adaptasiya olunmayanlar
isə vaxtından əvvəl öz vətəninə qayıdırlar.
IV mərhələ. Lakin çox vaxt yad ölkəyə gələnlər ətraf
mühitdən sosial yardım alırlar və onların köməyi ilə mədəni
fərqləri aradan qaldıra bilirlər- dili öyrənirlər, yerli mədəniyyətlə
tanış olurlar və s. Bu mərhələdə depressiya yavaş-yavaş nikbinliklə,
inam və razılıq hissi ilə əvəz olunur. İnsan özünü cəmiyyətin
həyatına daha da uyğunlaşmış və inteqrasiya olunmuş hiss edir.
V mərhələ. Bu mərhələ tam və uzunmüddətli adaptasiya ilə
xarakterizə olunur, yəni mühitin tələblərinə cavab olaraq fərdin
stabil dəyişiklikləri başa düşülür. Uğurlu adaptasiya fərdin öz
vətənində adaptasiya səviyyəsi ilə eyni olmalıdır.
Lakin, çox uğurla adaptasiya olunmuş insanların iztirabları
vətənə döndükdən sonra da davam edə bilər. Çünki, onlar “re-
adaptasiya” dövründən keçməlidirlər, “qayıdış şoku” keçir-
məlidirlər. Əvvəl onlar yüksək əhval-ruhiyyədə olurlar, dostların və
qohumların görüşlərinə şad olurlar, öz ana dilində danışmaq
imkanından sevinirlər, sonralar isə təəccüblə dərk edirlər ki, öz
doğma mədəniyyətin xüsusiyyətləri onlara qəribə gəlir.
Çoxsaylı empirik tədqiqatlar bu mərhələlərinin universallı-
ğına şübhə ilə yanaşmışdılar. Çünki, insanlar yeni mədəni mühitə
düşdükdə mütləq olaraq bu mərhələlərin hamısından keçmirlər.
“Mədəniyyət sarsıntısını” bütün insanlar keçirmir. Bəziləri isə
mədəniyyət sarsıntısının simptomlarını hissi edən kimi öz vətəninə
dönürlər və vətənə qayıdış da həmişə travmatik olmur.
Yeni mədəni mühitə adaptasiya prosesinə bir çox faktorlar
təsir göstərir. Bu faktorları fərdi və qrup faktorlara bölmək olar.
Birinci tip faktorlara aid edirlər:
1. Fərdi fərqlər – demoqrafik və şəxsi. Adaptasiya prosesinə yaş çox güclü təsir göstərir. Balaca