ETNOPSİXOLOGİYA
137
təəssüratı yaradırlar. Bu, onların partnyora qarşı münasibəti
olmayıb, sadəcə milli üslubudur. Əksinə, onlar üçün yüksək
əhvalın olması, səmimilik, enerjililik və mehribanlıq xarakterikdir.
Onlar danışıqlar zamanı hədsiz rəsmi abu-havanı sevmirlər.
Onların adət etdikləri davranış tərzi dostcasına münasibətdir.
Bu dostcasına münasibətin arxasında heç bir şey dayanmır
danışıqların nəticəsi tamamilə partnyorlar arasında
müzakirələrin
amerikanlara nə dərəcədə sərf etdiyindən və ya etmədiyindən asılı
olacaqdır. Onlar demək olar ki, həmişə eqosentrizm nümayiş
etdirirlər. Amerikanların
düşüncəsinə əsasən, danışıqların
aparılmasında onların tərəf müqabili diqqətlə amerikan yanaşması
ilə tanış olmuş və eyni qaydalara əməl etməlidir.
Yardım üçün müraciət amerikanlar tərəfindən mənfi
qarşılanır. Belə ki, onların fikrincə, kömək üçün yalnız partnyorsuz
mümkün olan bütün variantları sınaqdan
keçirdikdən sonra və
nəticə əldə olunmadığı halda, yəni ən son variant olaraq müraciət
etmək olar. Onlar şikayət etməyə alışmayıblar və bu səbəbdən də
“bu sizin probleminizdir və siz qərar verməlisiz” şüarını əsas
tuturaq tərəf müqabilləri tərəfindən şikayət
qəbul etməyə öyrəşik
deyirlər. Amerikanlara oreol effekti və uğursuzluq effektinin təsir
mexanizmləri çox yaxşı məlumdur və bu səbəbdən onlar danışıqlar
aparılacaq gün optimistliyə üstünlük verirlər.
Amerikanlarla danışıqlar zamanı bütün diqqətin onların
məqsədinin üzərində cəmləşdirilməsi və onlara bu məqsədlərə
çatmaqda yardım etməyə yönəltmək faydalıdır. Əgər danışıq
partnyorunun təklifi amerikan nümayəndələrinin
məqsədlərinə
çatmağa yardım etmiş olsa, onlar mütləq gələcəkdə həmin tərəf
müqabili ilə bir daha maraqlanacaq
və əlaqələr qurmağa
çalışacaqlar. Lakin, nəzərdə saxlamaq lazımdır ki, təklif mütləq
şəkildə real və konkret olmalıdır.
Amerikanlar demək olar ki,
həmişə tərəf müqabillərinin
danışıqlara yaxşı hazırlaşdığını düşünürlər. Bu səbəbdən də
özlərinin təqdim etdiyi iş qarşılığında cəld reaksiya gözləyirlər və
özləri də eyni qaydada cəld reaksiya verirlər. Əgər amerikanlı ilə