ETNOPSİXOLOGİYA 145
olunmasında hətta ən kiçik şübhə varsa, həmin təklifin
ümumiyyətlə edilməməsi və razılaşmaya daxil edilməməsi daha
məqsədəuyğundur.
Almanlar danışıqlar aparılması prosesində hədsiz ciddi olur
və bir qayda olaraq zarafat və yumor tətbiq etmirlər. Onlar bunu
sadəcə olaraq qəbul etmirlər.
Danışıqların aparılmasında “italyan milli üslubu” Danışıqlar prosesində italyan milli üslubu partnyorlarla
münasibətdə öz fəallığı ilə fərqlənir. Onlar danışıqlar zamanı
təşkilati və formal məsələlərə toxunmurlar. Alternativ variantlara
asanlıqla və həvəslə gedirlər. Adminstrativ qərarların qəbulunda
mürəkkəb bürokratik prosedurları yoxdur. İtalyanlar öz tərəf
müqabilləri ilə dostluq, qeyri-formal münasibətlərin yaradılmasına
əsaslanır və danışıqlar prosesində etibar və müsbət yönümlü
atmosfer yaratmağa çalışırlar.
Mübahisəli məsələlərdə məntiqli kompromisə (güzəştə) can
atırlar. Zəruri hallarda vasitəçilərin yardımı üçün müraciət edirlər.
Ümumiyyətlə bu ölkədə vasitəçilik institutu çox da geniş
yayılmamışdır. “Problemləri ictimailəşdirmədən” sövdələşmə
aparmağa meyllidirlər. Danışıqlarda başlıca mövzuya çevrilmiş bir
çox məsələləri qeyri-formal mühitdə, həmçinin restoranda
müzakirə etməyə üstünlük verirlər.
İtalyanlar danışıqlar aparan şəxslərin sosial baxımdan eyni
statusa malik olmasına çox önəm verirlər. Danışıqlar öncəsi onlar
partnyorları barədə bütüb aspektlər üzrə bacardıqca çox məlumat
əldə etməyə çalışırlar.
Öz ölkələri ilə fəxr edirlər. Fransızlarda olduğu kimi
italyanlar da partnyorları tərəfindən onların ölkələrinin mədəniyyət
və tarixinə olan diqqətə önəm verirlər.
İtalyanlarla danışıq apararkən həmçinin nümayəndənin şimal
yoxsa cənub regiondan olmasını da nəzərə almaq lazımdır. Belə ki,
onlar bir-biri ilə temperamentlərinə, iş qaydalarına, hətta nitq
üslubuna görə fərqlənirlər.