ETNOPSİXOLOGİYA 146
Danışıqların aparılmasında “çin milli üslubu” Danışıqlarda çin tərəfi prosesin müxtəlif mərhələlərini
konkret müəyyənləşdirməyə meyllidir: mövqelərin
konkretləşdirilməsi üçün başlanğıc mərhələ, müzakirələrin
aparıldığı mərhələ və son mərhələlə. Başlanğıc mərhələdə onlar
tərəf müqabilinin xarici görkəminə və davranış tərzinə çox ciddi
fikir verirlər. Alınımış informasiyaya əsasən onlar partnyorlarının
hər bir nümayəndəsinin statusunu müəyyənləşdirməyə çalışırlar.
Sonrakı danışıqlar prosesində isə öz qiymətləndirmələrinə əsasən
statusca daha yüksək olan şəxslərlə istər rəsmi, istərsə də qeyri-
rəsmi danışıqların aparılmasına meyl edirlər.
Qarşı tərəfin nümayəndələrindən çinlilər onlara öz
simpatiyalarını ifadə edənləri seçirlər və danışıqlar prosesində
məhz onların vasitəsilə partnyorlarına müəyyən məsələlərlə bağlı
təsir etməyə çalışırlar. Çin heyyəti üçün “dostluq gücü” olduqca
mühüm rol oynayır, onlar tərəf müqabili ilə qeyri-formal
münasibətlər yaratmağa çox böyük əhəmiyyət verirlər. Bu
səbəbdən də qonaqpərvərlik nümayiş etdirirlər, sevinc dolu,
səmimi, bəzən isə şəxsi maraq nümayiş etdirirlər.
Çinlilər son və həlledici qərarı əksər hallarda danışıqlar
masası arxasında deyil, evdə qəbul edirlər.
Adətən onların heyyəti çoxsaylı olur, belə ki, çinlilərin
heyətlərində danışıqlar aparılması üçün zəruri olan bütün sahələr
üzrə mütəxəssislər olur.
Çin partnyorlarla ticari danışıqlara gəldikdə isə burada
texniki və ticari mərhələlər qeyd olunmalıdır. Texniki mərhələdə
danışıqların uğuru partnyora əməkdaşlıq etməsi üçün nə qədər təsir
göstərildiyi və bu təsirin nə qədər uğurlu olmasından asılıdır. Bu
səbəbdən də çinlilərlə danışıq zamanı heyyət üzvləri sırasında
yüksək professionallıq bacarıqlarına malik olan şəxslərin bacarıqlı
tərcüməçilər, gözlənilməz problemləri həll edə biləcək
mütəxəssislərin, işin texniki tərəfini bütün terminləri ilə bilən
nümayəndələrin olması faydalıdır. Daha sonra isə danışıqların
ticari (kommersiya) mərhələsi başlayır. Bir qayda olaraq, çinlilər