Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə149/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   145   146   147   148   149   150   151   152   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
154 
əslində isə bu problemi müzakirə etmədən başqa bir vaxta 
saxlamaqdır. Qərb partnyorları üçün bu yanaşma xoşagəlməzdir. 
Rus danışıqların təmsilçiləri üçün danışıqlara “yaxşı tikəni götür və 
qaç” mövqeyindən yanaşmaq xarakterikdir. Bu qərb partnyorlarını 
kifayət qədər narahat edir və uzaqlaşdırır. Rus tərəfi tez-tez heç bir 
alternativ bildirmədən qətiyyətli “yox” deyir. Münasibətlərdə 
sualların müzakirəsində və qərarın qəbul olunmasında dava-
miyyətsizlik yaranır. Düşünülməmiş razılaşmaya yer verilir, amma 
sonra sadəcə əvvəli razılaşmadan imtina edilir. Danışıqlar zamanı 
rus təmsilçiləri öz tərəf müqabillərinin milli, regional psixolo-
giyasına çox zəif yanaşırlar. Danışıqlarda rus tərəfinin xarici dilləri 
bilməməsi, danışıq sənədlərinin hazırlanmasını bilməməsi çox 
neqativ qarşılanır. Bütün bunlarda danışıqlarda iştirak edən rus 
təmsilçilərinə müsbət təcrübənin yığılmasına ehtiyyac var. Ay-
dındır ki, danışıqlar aparma üzrə milli mədəniyyətin özunəməx-
susluğunu tədqiq etmək təkcə ağılsız olaraq digər milli modelləri 
(amerikan, yapon) qəbul etmək deyil, həm də bunu öz 
danışıqlarında nəzərə almaq üçündür. Milli üslubların öyrənilməsi 
digər partnyorun danışıqlarda özünü necə aparmasını bilməyə 
xidmət etməlidir. 
Danışıqların aparılmasında “yapon milli üslubu” 
Yapon sistemi və mədəniyyəti danışıqların aparılması 
prosesinə də öz təsirini göstərir. Nümunə üçün bunu qeyd edə 
bilərik: Əgər yapon müəyyən saatda və müəyyən yerdə olacağını 
deyibsə, əmin ola bilərsiniz ki, həmin şəxs deyilən yerdə deyilən 
vaxtdan iki dəqiqə öncə olacaqdır. Yapon danışıqlar təcrübəsi və 
işgüzar ünsiyyəti məhz bu dəqiqlik və məsuliyyətə əsaslanır.
Yaponlar danışıqlara çox ciddi yanaşırlar və belə hesab 
edirlər ki, danışıqlara nə qədər çox zaman sərf olunsa, bir o qədər 
yaxşıdır. Belə ki, bu zaman tərəflər bir-birini daha yaxşı tanımış 
olacaq, gələcək sövdələşməyə dair daha çox məsələləri müzakirə 
etmiş olacaqlar. Rəsmi danışıqlar zamanı maraqların 
toqquşmasından bacardıqca yayınmağa çalışır. Onlar üçün xüsusi 
və fərqli danışıqlar, maraqlarnümayiş etdirmək, həmçinin 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin